Qərbin Cənubi Qafqaz planı ÜZƏ ÇIXDI – Ermənistan üzərindən bu ölkələrə hücum hazırlanır
“Ermənistanın Rusiyadan üz döndərib Qərbə yönəlməsi, təbii ki, Moskvanı narahat edir. Moskva görür ki, Paşinyan açıq-aşkar ABŞ, Fransa və Avropa İttifaqı ilə əməkdaşlıq edir. Paşinyanın əsas siyasi məqsədi isə bu ölkələri Cənubi Qafqaza cəlb etməkdir”.
YeniZamantv.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya müsahibəsində rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
Sözügedən müsahibəni təqdim edirik:
– Xanım Qrevtsova, Brüssel görüşünü yaxından izlədik. Təbii ki, həm Azərbaycan, həm də Rusiya rəsmi olaraq fikirlərini bildirdi. Sual yaranır, Paşinyan nəyə nail olmaq istəyir?
– Sözsüz ki, istər ABŞ-ın, istərsə də Avropa İttifaqının əsas məqsədi bu regionu öz əlinə almaqdır və onlar burada idarə olunan xaos yaratmaq istəyirlər. Əgər belə olarsa, onlar üçün istər Ermənistanı, istərsə də, bu regionda olan digər dövlətləri idarə etmək asan olacaq. Moskva görür ki, Paşinyan açıq-aşkar ABŞ, Fransa və Avropa İttifaqı ilə əməkdaşlıq edir. Paşinyanın əsas siyasi məqsədi isə bu ölkələri Cənubi Qafqaza cəlb etməkdir
– Digər məsələ həm də hərbi bazalarla bağlıdır. Rusiyanın ərazidə 102-ci hərbi bazası var. Düşünürəm ki, onlar bunu Qərb hərbi bazaları ilə əvəzləmək istəyirlər. Bu fikirlərlə razısınız?
– Təbii ki, ABŞ və Fransa orada öz hərbi bazalarını yerləşdirmək istərdilər. Buna NATO da daxildir və oradan Rusiyanın hərbi bazasının çıxarılmasının tərəfindədirlər. Onlar Ermənistanı Cənubi Qafqazda özlərinin silahlandırlmış forpostu kimi istifadə etmək istəyirlər. Bu, çox qorxulu bir tendensiyadır. Çünki onlar regionda sabitlik, əmin-amanlığa imkan verməyəcəklər.
Əksinə, biz görürük ki, ABŞ, Fransa mütəmadi olaraq Ermənistanı silahlandırır. Hansı ki, bu silahlar hər an istər Azərbaycana, istər Rusiyaya, istər Türkiyəyə və yaxud da İrana tərəf istifadə oluna bilər. Ermənistanla isə Qərb başçıları Ukraynada etdikləri kimi edəcəklər. Yəni onu bir uşaq kimi əllərində oynadacaqlar. Onlar hazırda Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə aparırlar.
– Bütün bunları seyr edən Moskvanın narahatlığını dilə gətirdiniz. Bizə maraqlıdır ki, Rusiya Ermənistanın Qərbə doğru getməsinə necə cavab verəcək?
– Ermənistanın Qərbə tərəf getməsinə Rusiya necə cavab verəcək? Bu, çətin bir sualdır. Çünki hazırda Rusiyanın Ermənistana qarşı konkret basqılarını biz görmürük. Hazırda Rusiya Paşinyanı Rusiyayönümlü biri ilə əvəzləyə bilməz. Çünki Rusiyanın başı başqa işlərə qarışıb. Əsasən də Ukrayna ilə müharibəyə.
Biz görürük ki, Qərb bundan istifadə edərək yavaş-yavaş Ermənistana öz təzyiqini edir və onu ələ keçirməyə çalışır. Biz artıq bəzi erməni vətəndaşlarının Qərbə, ABŞ-a tərəf yönəldiyini, onların fikirlərini dəstəklədiyini görürük. Paşinyanın özünə görə, guya Rusiyadan uzaqlaşmasına görə, haqlı səbəbləri var. Nikolun dediyinə görə, o, İkinci Qarabağ müharibəsində Rusiyanın onun tərəfini saxlamamasından, KTMT-nin həmin döyüşlər zamanı ordu göndərməməsindən inciyib. Buna görə də, Paşinyan çalışır ki, istər erməni xalqı, istər erməni elitası daha çox Qərblə əməkdaşlıq etsin və Rusiyaya qarşı mübarizəsində hamı onunla olsun.
– Biz çox yaxşı bilirik ki, Putin administrasiyası heç vaxt xəyanəti bağışlamayıb. Lakin bu gün Ermənistan Rusiyaya xəyanət edir. Yəni bu, cavabsız qalacaq?
– Digər tərəfdən isə dediyiniz kimi, Rusiya üçün tarixi şans ələ keçib. Hansı ki, Rusiya açıq-aşkar Ermənistanın xəyanətini görür və buna görə də, Rusiya Azərbaycan və Türkiyə ilə yeni layihələr, yeni strateji, təhlükəszilik layihələri üzərində işləyib, yaxınlaşa bilər. Düzdür, biz görə bilərik ki, bu müttəfiqlik artıq uzun zamandır irəliləməkdədir. Lakin bir sıra özünü gözləmə, yəni ehtiyatı əldən verməmək mövqeləri mövcuddur. İndiki dövrdə isə Rusiya Ermənistanın Qərbi regiona cəlb etdiyini gördükdə, məncə, Azərbaycan və Türkiyə ilə əlaqələri tam möhkəmləndiriləcək. Regionda təhlükəsizliyi təmin etməyin tam vaxtıdır.
– Az əvvəlki suala bir daha qayıtmaq istərdim. Söhbət Rusiyanın Ermənistandakı 102-ci bazasından gedir. Sözügedən baza Ermənistanın Qərbdəki havadarlarının istəyi ilə bağlana bilər?
– Sözsüz ki, hazırda Paşinyan Gümrüdəki 102-ci bazadan tamamilə canını qurtarmaq istəyir. O, hazırda xırda taktikalarla Rusiya ilə Ermənistanın əlaqələrini kəsməyə çalışır. Buna misal olaraq, “Zvartnots” Beynəlxalq Hava Limanından Rusiya sərhədçilərinin çıxarılmasını göstərə bilərik. Həmçinin Paşinyanın KTMT-də öz üzvlüyünü dondurmağını və Ermənistanda Rusiya televizyalarının proqramlarının dayandırılmasını misal göstərmək olar. Hazırki məqamda isə bu hərbi bazanı qısa bir zamanda bağlamaq qeyri-mümkün görünür. Çünki imzalanmış müddətli müqavilələr, sözləşmələr mövcuddur. Yəni hüquqi cəhətdən hazırda bu bazanın birtərəfli istəklə bağlanması qeyri-mümkündür. Qeyd etdiyim kimi, Paşinyanın hazırda etdiyi xırda addımlarla bu bazanın işlərində bir sıra çətinliklər yarana bilər.
– Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə də vəziyyət ürəkaçan deyik. Biz tez-tez Ermənistanın atəşkəsi pozduğunu görürük. Necə düşünürsüz, Azərbaycanla Ermənistan arasında yaxın zamanlarda hərbi toqquşmalar ola bilərmi?
– Ekspertlərin fikrincə, silahlı toqquşmalar qaçılmaz ola bilər. Çünki Ermənistan artıq son zamanlarda sərhədyanı bölgələrdə bir sıra pozuntulara yol verir. Əgər Ermənistan anklavda olan həmin o kəndləri verməzsə, silahlı münaqişənin qaçılmaz olduğu görünür. Düzdür, biz Paşinyanın son zamanlarda həmin ərazilərə gəldiyini və yerli əhali ilə görüşərək onlara oranı tərk etməyə çalışdığını gördük. Amma bu Paşinyandır.
O, hər zaman bir söz deyir, ancaq başqa əməl edir. Buna görə də, əgər Paşinyan bunu etməzsə, Azərbaycan ikinci antiterror əməliyyatını həyata keçirməyə məcbur olacaq və bununla da o, öz kəndlərini geri qaytaracaq.
Zəngəzur dəhlizi məsələsi də qalmaqdadır. Əgər Azərbaycan istəyərsə, bu məsələnidə hərbi yolla, çox asanlıqla həll edə bilər. Çünki bunun üçün Bakı çox yaxşı silahlanıb və güclü ordusu var. Digər tərəfdən Azərbaycanın çox uğurlu, diplomat Prezidenti var. O, çox gözəl başa düşür ki, öncə məsələni dinc yolla həll etmək lazımdır. Yox əgər, bu mümkün deyilsə, Azərbaycan qısa bir zamanda bu məsələni hərbi yolla həll etməyə qadirdir.
– Xanım Qrevtsova, zaman ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.
– Mən də sizə təşəkkür edirəm.
Tehran Orucoğlu, Bizim.Media