23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İrəvanın Gürcüstanla sərhəd anlaşması: Bəs Azərbaycanla?

 İrəvanın Gürcüstanla sərhəd anlaşması: Bəs Azərbaycanla?

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan və Gürcüstan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.

Bu proses Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasını sürətləndirə bilərmi?

YeniZamantv.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd problemini 0 nöqtəsinə endirmək istəyir:

“Gürcüstanla delimitasiya və demarkasiya prosesinin başlaması ilə bağlı razılığın əldə olunması Ermənistanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımdır. Gürcüstandan sonra Azərbaycanla da sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqların baş tutması hazırkı məqamda real görünür”.

Politoloqun fikrincə, bu, müsbət prosesdir:

“30 il ərzində Ermənistanla Gürcüstan arasında sərhəd problemi həll olunmamışdı. Bu istiqamətdə ciddi problemlər var idi. Rəsmi İrəvan artıq real xətt üzrə siyasət həyata keçirməyə çalışır. Son günlər şərti sərhəddə təxribatların, atəşkəs pozuntularının baş verməsi, mövqelərimizin intensiv atəşə tutulması hazırda rəsmi Bakı ilə İrəvan arasında münasibətləri bir qədər gərginləşdirib. Paralel olaraq Ermənistan Gürcüstanla sərhəd məsələsində heç bir gərginliyin, problemin qalmamasına çalışır”.

Politoloq Ermənistanın tam şəkildə rəsmi Tibilisi ilə sərhəd problemini həll etməsinin, Azərbaycanla da delimitasiya və demarkasiya məsələsində konkret iradə ortaya qoymasına səbəb olacağını düşünür.

Paylaşın:

Digər yazılar