22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Tokayevin Paşinyana mühüm təklifi var – Naumov

 Tokayevin Paşinyana mühüm təklifi var – Naumov

Qazaxıstan prezidentinin Ermənistana bu səfərində aşkar vasitəçilik missiyası var. Qasım-Jomart Tokayev İrəvana danışmaq üçün gəlib. Bu danışıqlar təkcə Ermənistan-Qazaxıstan deyil, həm də Ermənistan-Azərbaycan münasibətləri haqqındadır.

YeniZamantv.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Naumov mediaya açıqlamasında deyib.

O vurğulayıb ki, Qazaxıstan özünü regionda yeni sülhməramlı qüvvə elan etməyə çalışır:

“Tokayevin səfəri böyük maraq doğurur, çünki bir ay əvvəl, martın 11-də Qazaxıstan prezidenti Azərbaycana səfər edib, orada Prezident İlham Əliyevlə danışıqlar aparıb. Bir ay sonra Tokayev İrəvana uçursa, o zaman belə nəticəyə gələ bilərik ki, Astana ən azı özünü regionda yeni sülhməramlı qüvvə elan etməyə çalışır. Bu qüvvə postsovet məkanında yerləşən qüvvədir, kənar qüvvə deyil”, – Naumov bildirib.

Ekspert hesab edir ki, danışaqlarda qlobal ambisiyası olmayan ölkə statusuna Qazaxıstan tam uyğun gəlir və bu görüş əhəmiyyətli ola bilər:

“Biz Azərbaycandan tez-tez eşidirik ki, ilk növbədə, təkbətək dialoq lazımdır və Avropa Birliyi və ABŞ kimi böyük güclər nizamlanmaya cəlb edilməməlidir. Cənab Tokayev sülhməramlı rolunu oynamağa çalışır, kobud desək, qlobal ambisiyaları olmayan, eyni zamanda özünü beynəlxalq prosesin mühüm iştirakçısı hesab edən orta səviyyəli dövləti təmsil edir”.

Naumov vurğulayır ki, Tokayev böyük ehtimalla Paşinyanı Qərb mövqeyindən döndərməyə də cəhd edə bilər:

“Hazırda Qazaxıstanda təbiət hadisələri ilə bağlı vəziyyətin çətin olduğunu və Qasım-Jomart Tokayevin Bakıya səfərindən bir ay sonra hələ də Ermənistana getməyə vaxt tapdığını nəzərə alsaq, bu, onun tərəfindən kifayət qədər güclü bəyanatdır. Ümumiyyətlə, Qazaxıstan azərbaycanpərəst mövqeli ölkə kimi tanınır, onlar Türk Dövlətləri Təşkilatının üzvüdürlər, Astana Azərbaycanın Qarabağ iqtisadi rayonunun bərpasında iştirak edir, ona görə də ümid edirəm ki, Tokayev Nikol Paşinyanı öz mövqeyini dəyişməyə təşviq edə biləcək. Onun qərbyönümlü siyasəti daha çox regiona meyilli olacaq, bu, ümumiyyətlə, həm region, həm Ermənistanın özü, həm də Qazaxıstan üçün faydalıdır”. (axar.az)

Paylaşın:

Digər yazılar