Fransa Azərbaycandakı səfirini geri çağırdı
Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.
YeniZamantv.az xəbər verir ki, sözügedən ölkə əssasız olaraq rəsmi Bakını ikitərəfli münasibətlərə xələl gətirməkdə ittiham edib.
Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Prezident Emmanuel Makron məsələni müzakirə etmək üçün Parisdə səfir Ann Buayonu qəbul edib.
Bundan başqa, bəyanatda Fransanın Ermənistanın ənənəvi müttəfiqi olduğu vurğulanıb, mühüm erməni diaspor icmasına ev sahibliyi etməsi qeyd edilib.
Bəyanatda Fransanın Ermənistan ərazisində layihələrinin olması da etiraf edilib.