24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

ABŞ-ın Azərbaycandakı səfil agenturasının arzuları çin olmadı

 ABŞ-ın Azərbaycandakı səfil agenturasının arzuları çin olmadı
Hər iki ölkə – Azərbaycan və Rusiya Qarabağda yerləşdirilən sülhməramlılarının ölkəmizi tərk etməsini rəsmən təsdiqlədi. Proses 2024-cü ilin senytabr ayının sonuna qədər yekunlaşacaq. Azərbaycanın taleyi ilə bağlı olduqca müsbət haldır. Bu, Azərbaycanın nail olduğu növbəti tarixi nailiyyətdir. Ancaq sülhməramlıların Azərbaycanı tərk etməsini Rusiyanın çarəsizliyi kimi təqdim olunması da yanlış yanaşmadır.
Məsələ ondadır ki, bu gün Rusiya və Azərbaycan arasındakı pozitiv münasibətlər ən pik həddədir, iki ölkə arasında qarşılıqlı inam, etimad və sağlam tərəfdaşlıq münasibətləri mövcuddur. Həmçinin, ərazi bütövlüyünü tam şəkildə bərpa edən Azərbaycan torpaqlarında sülhməramlıların praktiki olaraq mövcudluğunun heç bir əhəmiyyəti qalmamışdı. Qarabağı tərk edən ermənilərin yenidən ərazilərimizə köç etməsi də Ermənistan üçün (Qərb bunu istəmir) prioritet deyil ki, sülhməramlılar bu prosesdə iştirak etsin. Bu müddət ərzində sülhməramlılar Azərbaycan üçün heç bir probem yaratmadı, fəaliyyətini qüsursuz həyata keçirdi və Rusiya-Azərbaycan arasındakı strateji müttəfiqliyə xələl vura bilcək heç bir addım atmadı.
Belə bir presedent olmamışdı, tarixdə ilk dəfə idi ki, Rusiya hərbçilərini vaxtından əvvəl başqa bir ölkənin ərazisindən çıxarırdı. Azərbaycan buna da nail oldu.
Sülhməramlıların Azərbaycanı vaxtından əvvəl tərk etməsi klassik siyasətçilərin, şovinist “millətçi”lərin, pafoscul “politoloq”ların, ABŞ-ın könüllü agenturasının iddialarını tamamilə yalanladı. Bu adamlar Rusiyanı Azərbyacanın düşməninə çevirməyə, torpaqlarımızın növbəti dəfə işğala məruz qalmasına rəvac verməyə çalışsalar da, baş tutmadı. Sülhməramlıların ölkəmizdə qalması “milli şovinist”lərin nifrəti üçün əsas istinad nöqtəsi idi. Onlar gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinin korlanması üçün sülməramlılara əsas “resurs” kimi baxırdılar. Bu da aradan qalxdı.
Ötən əsrin 90-cı illərində böyük dövlətlərlə – ABŞ, İngiltərə və Rusiya ilə ağıllı münasibətlərin qurulmaması Qarabağın işğal olunması ilə nəticələnmişdi. Növbəti mərhələdə isə Rusiya ilə yaradılan dostluq münasibətləri Qarabağın azad edilməsinin əsas səbəblərindən biri kimi çıxış etdi. Azərbaycan da Rusiyaya qarşı Qərbin heç bir propoqandasında yer almadı. Rusiyadan Azərbaycana qarşı yalnız bir təhlükə mövcud idi -hərbi təcavüz. Hərbi təcavüzdən sığortalanmaq üçün tarixi qonşumuz olan Rusiya ilə sağlam münasibətlərin formalaşdırılması lazım idi. Cənubi Qafqazın əsas strateji nöqtəsi olan Azərbaycanla münasibətlərin pisləşməsi Rusiyaya da lazım deyil. Uzun illərdir Gürcüstanda və Ermənistanda NATO-Rusiya savaşı dava edir, bu ölkələrdə daxili sabitlik bərpa edilmir.
Növbəti Qərb ölkələrindədir, Ermənistan sərhədlərində “mülki missiya” adı altında yerləşdirilən NATO döyüşçüləri, fransız kəşfiyyatçılar bölgəni tərk etməlidirlər.
Rusiyanın Ukraynada döyüşçülərə ehtiyac olduğu üçün Qarabağı tərk etdiyini yazan “ekspert”lərin iddiaları da səthi yanaşmadı, çünki Rusiyada Ukraynada apardığı müharibə yeni mərhələyə qədəm qoyub, daha çox fərqli hərbi texnologiyadan istifadə edir. Sabah “poltioloq”larımız “Rusiyanın əsgərləri, texnikası çatmırdı və sühməramlıları Ukraynada döyüşə göndərdi” yaza bilər, mövzu qıtlığı və analitik şikəstlikdən doğan bu cür hallar mümkündür. Təbii ki, Rusiya müharibə aparır və sülhməramlılar da bu dövlətə məxsusdur, istədiyi zaman müharibəyə göndərə bilər. Amma bu amil sülhməramlıların ölkəmizi tərk etməsinin əsas səbəbi ola bilməzdi.
Heç şübhəsiz, NATO ilə döyüşən Rusiya üçün başqa bir ölkənin ərazisində hərbi kontingent saxlamaq külli miqdarda xərc tələb edirdi. Rusiya əmindir ki, Azərbaycan ərazisindən ona heç bir təhlükə yoxdur. Azərbaycan da əmindir ki, Qərbin xaotik planlarının işləməməsi üçün ilk növbədə qonşu ölkələrlə mehribanlıq və birgə inkişaf əsas şərtlərdəndir.
Sülhməramlıların vaxtından əvvəl ölkəni tərk etməsi Azərbaycan-Rusiya arasındakı etimadı daha da artıracaq. Əminəm ki, azğın və şüvən “klassik”lərin səs-küyləri də batacaq. Daha başqa şeylər olacaq, gözləyək…
Sülhməmramlıların Qarabağı tərk etməsinin daha hansı səbəbləri var? Hesab edirəm ki, mövcud situasiyada bu məsələ ilə bağlı yazılanlar ictimaiyyət üçün yetərli məlumatlardır.
Samir Feyruzov
Paylaşın:

Digər yazılar