27.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Başkənd məsələsini həll etməyə çalışacağıq – Paşinyan

 Başkənd məsələsini həll etməyə çalışacağıq – Paşinyan

Ermənistanda anklavlar/eksklavlar mövzusuna çox allergik münasibət var, amma xatırlatmaq istəyirəm ki, biz anklavlar/eksklavlar mövzusundan imtina edə bilmərik.

 YeniZamantv.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 20-də Cəlaloğluda (Stepanavan) jurnalistlərlə söhbətində Ermənistan və Azərbaycan arasında dünən imzalanmış protokola istinad edərək bildirib.

“29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistan ərazisinə Başkənd (Artsvaşen) də daxildir. Biz razılaşdıq ki, bu məsələni həll edəcəyik.

Biz de-yure əsaslandıracağıq ki, Başkənd anklavı Ermənistana məxsusdur. Biz bunu əsaslandırdığımız zaman Başkənd sərhədinin demarkasiyası baş verməlidir və biz irəliləyəcəyik və baxacağıq ki, hansı həll yolları var”.

Paylaşın:

Digər yazılar