Şahzadə Harri ABŞ sakini olduğunu təsdiqləyib
Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.
YeniZamantv.az “Qafqazinfo”-aya istinadla xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” yayıb.
Məlumata görə, Harrinin “Travalyst” ekoturizm şirkətinin sənədlərində yaşayış ölkəsi bölməsində Britaniya yerinə, ABŞ yazıldığı məlum olub.
Bildirilir ki, sənədlərdə ölkənin dəyişdirilməsi Harrinin dövlət müşaviri olaraq qalmasına son qoya bilər. Belə ki, kral ailəsinin 7 ailə üzvü dövlət müşaviridir və onlar monarx xaricdə və yaxud xəstə olarkən onu əvəz edə bilərlər. Qanuna əsasən isə, dövlət müşavirlərinin daimi yaşayış yeri Böyük Britaniyada olmalıdır.