Ermənistanda qarşıdurma yaşanır
Ermənistanın Tavuş vilayətinin Noyemberyan rayonunda vəziyyət olduqca gərgindir.
YeniZamantv.az xəbər verir ki, bununla bağlı “24nyus.am” məlumat yayıb.
Belə ki, etirazçı kütlə ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanır.
Baqrataşen kəndi önündə xidməti maşın kütlə üzərinə sürülüb.
Qeyd edək ki, sözügedən kənd Tavuş vilayətinin şimalında yerləşir. Eyni zamanda Ermənistan-Gürcüstan sərhədindəki üç sərhəd-nəzarət buraxılış məntəqəsindən biri bu kənddədir. İrəvan-Tiflis magistralı da buradan keçir.