12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Azərbaycanla Ermənistan arasında yeni savaş başlaya bilərmi? (ŞƏRH)

 Azərbaycanla Ermənistan arasında yeni savaş başlaya bilərmi? (ŞƏRH)

“Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlaması ehtimalı demək olar ki, yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ingilis politoloq Tomas de Vaalın Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlana bilməsi ehtimalını istisna etməyən fikirlərinə münasibət bildirərkən deyib.

“Qazax rayonunun 4 həmsərhəd kəndinin sərhədlərin delimitasiya və demarkasiya komissiyalarının müzakirələri nəticəsində sülh yolu ilə ölkəmizə qaytarılması Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində mühüm bir irəliləyişdir. Əslində bu razılaşmanın əldə olunmasını sülh danışıqlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması kimi də dəyərləndirə bilərik”, deyə Taleh Əliyev qeyd edib.

Politoloq bildirib ki, bu prosesdən sonra Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır:

”Belə bir təhlükəli tendensiya bu gün üçün real görünmür. Ermənistan tərəfdən sərhəddə hər hansı bir təxribatçı əməllərin baş verməsi nəzəri baxımdan mümkündür. Belə hal olarsa, heç şübhəsiz Azərbaycan tərəfi də ona qarşı adekvat addımlar ata bilər. Amma bu ehtimalın baş verməsi ehtimalının özünün də aşağı düşdüyü qənaətindəyəm”.

Həmsöhbətimizin fikrincə, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının daha sürətlə inkişaf etməsi, yeni razılaşmaların əldə olunmasının şahidi olacağıq:

“Bu da anklav vəziyyətdə olan 4 kəndin Azərbaycana qaytarılması, Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açıqlması istiqamətində tərəflər arasında aparılan danışıqlarda özünü göstərəcək. Tərəflər artıq vasitəçilər olmadan, birbaşa, həm sərhəddə, həm də üçüncü ölkə paytaxtlarında baş tutan görüşlər də göstərir ki, müharibənin yenidən alovlanması riski aşağıdır. Qərbin sülh quruculuğuna verəcəyi dəstəyin az və ya çox olması o qədər də ciddi problem deyil, nəinki Qərbdə, xüsusən də Fransanın Ermənistanda revanşizmi dəstəkləməsi kimi hallar. Sülh danışıqlarına problem yaratmaq istiqamətində təşəbbüslər olmasa, yaxın gələcəkdə bu danışıqlardan ciddi nəticələr görə biləcəyik”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında hazırda müzakirə olunan ən aktual məsələ sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya və demarkasiyası məsələləridir. Bu fonda yeni müharibə ehtimalı arxa plana keçir. Bununla belə bir sıra ekspertlər tərəflər arasında növbəti savaşın ola biləcəyini də istisna etmirlər. İngilis politoloq, Qafqazşünas Tomas de Vaal “Foreign Affarirs” jurnalında dərc edilən məqaləsində belə bir təhlükənin hələ aradan tam qalxmadığını qeyd edib. Onun fikrincə, bu, əsasən, Qərb dövlətlərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, iki ölkə arasındakı nizamlanmanı təmin etmək üçün nə dərəcədə siyasi və maliyyə resursları yatırmağa hazır olmasından asılıdır.

Paylaşın:

Digər yazılar