24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İlham Əliyev 2 fərman imzaladı

 İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

YeniZamantv.az fərmanın mətnini təqdim edir:

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “420” rəqəmləri “455” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu” üzrə:

2.1. 1-ci hissənin ikinci–yeddinci abzasları müvafiq olaraq 1.1–1.6-cı bəndlər hesab edilsin;

2.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

2.1. Strateji planlaşdırma və monitorinq baş idarəsi

2.2. Qanunvericilik baş idarəsi

2.3. Notariat, qeydiyyat və reyestr baş idarəsi

2.4. İcra xidməti (baş idarə səlahiyyətli)

2.5. Probasiya xidməti (baş idarə səlahiyyətli)

2.6. Beynəlxalq əməkdaşlıq baş idarəsi

2.7. Bələdiyyələrlə iş baş idarəsi

2.8. Cəzaların icrasına nəzarət baş idarəsi

2.9. İstintaq idarəsi

2.10. İnsan resursları idarəsi

2.11. Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi

2.12. Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi

2.13. Maliyyə və təminat idarəsi

2.14. Mətbuat xidməti (idarə səlahiyyətli)”;

2.3. 3-cü hissə üzrə:

2.3.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 3.1–3.6-cı bəndlər hesab edilsin;

2.3.2. 3.5-ci bənd ləğv edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli Əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi”ndə “Ədliyyə sahəsində xidmətlər” sözləri “Notariat, qeydiyyat və reyestr” sözləri ilə və “İcra baş idarəsinin” sözləri “İcra xidmətinin” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 790 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (bundan sonra – “Dövlət Reyestri Xidməti”)” sözləri “(bundan sonra – Ədliyyə Nazirliyi)” sözləri ilə əvəz edilsin;

1.2. 8.2-ci bənddən “Azərbaycan Respublikası” sözləri çıxarılsın;

1.3. 17-ci, 18-ci, 23-cü hissələrdə, 24-cü və 27-ci hissələrin ikinci cümlələrində ismin müvafiq hallarında “Dövlət Reyestri Xidməti” sözləri ismin müvafiq hallarında “Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.4. 26-cı hissənin ikinci cümləsində “Dövlət Reyestr Xidməti” sözləri “Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 664 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.3-cü bəndə “4.5-ci,” sözlərindən sonra “7.1-ci, 8.2-ci, 9.2-ci, 10.1-ci, 10.5-ci, 10.7-ci,” sözləri əlavə edilsin;

2.2. 3.4-cü bənd ləğv edilsin.

3. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 222 (Cild I) aşağıdakı dəyişiklikər edilsin:

3.1. 2-ci hissədən “yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri çıxarılsın;

3.2. 5-ci hissədə “Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə” sözləri “Nazirliyinə” sözü ilə əvəz edilsin;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə” üzrə:

3.3.1. 5-ci hissədə “yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri “(bundan sonra – Ədliyyə Nazirliyi)” sözləri ilə əvəz edilsin;

3.3.2. 6-cı və 15-ci hissələrdə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri “Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin;

3.3.3. 22-ci hissədə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin” sözləri “Ədliyyə Nazirliyi və onun” sözləri ilə əvəz edilsin;

3.3.4. 24-cü hissədə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin” sözləri “Ədliyyə Nazirliyi və onun” sözləri ilə əvəz edilsin;

3.3.5. 26-cı hissədən “Azərbaycan Respublikasının” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 3.1-ci, 3.2-ci və 3.4-cü bəndlərində “Ədliyyə sahəsində xidmətlər” sözləri “Notariat, qeydiyyat və reyestr” sözləri ilə, “ədliyyə sahəsində xidmətlər üzrə” sözləri “notariat, qeydiyyat və reyestr üzrə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 34 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 9-cu hissədə, 36.2-ci, 44.2-ci və 70-3.2-ci bəndlərdə “Ədliyyə sahəsində xidmətlər” sözləri “Notariat, qeydiyyat və reyestr” sözləri ilə, “ədliyyə sahəsində xidmətlər üzrə” sözləri “notariat, qeydiyyat və reyestr üzrə” sözləri ilə əvəz edilsin;

5.2. 57.1-ci bənddə “İcra baş idarəsinin” sözləri “İcra xidmətinin” sözləri ilə əvəz edilsin;

5.3. 65-ci hissədə birinci halda “Bələdiyyələrlə iş mərkəzinin” sözləri “Bələdiyyələrlə iş baş idarəsinin” sözləri ilə, “Bələdiyyələrlə iş mərkəzinin rəisi” sözləri “bələdiyyələrlə iş sahəsində müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri” sözləri ilə əvəz edilsin.

Paylaşın:

Digər yazılar