19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

 Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 21 iyun 2024-cü il tarixində Zaqatala rayonunda Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək. 

YeniZamantv.az xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 20 iyun tarixinədək Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94, əlaqə telefonu +994 2424-4-43-19) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Paylaşın:

Digər yazılar