12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Vaşinqtondan İrəvana mesaj: “Tərəfinizi seçin!”

 Vaşinqtondan İrəvana mesaj: “Tərəfinizi seçin!”

İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib.

YeniZamantv.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu sözügedən görüşü şərh edib.

“Bu görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib: “Tərəfinizi seçin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb qalmamaqla bağlı qərar verin”. Əslində bu mesajı Ceyk Sallivan Armen Qriqoryana birbaşa da deyib. Əgər İrəvan Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edirsə, onda Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Tələb isə qətidir: “Məndən dəstək istəyirsənsə, düşmənim Rusiyanın hərbi təşkilatını tərk etməlisən!”. Sallivan böyük ehtimalla Qriqoryana Ermənistanın Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyyə edib. Bunu İrəvana səfər edən amerikalı diplomatlar da deyirlər. Vaşinqtonun mövqeyi belədir ki, nə qədər ki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq lazımdır. Vaşinqton Ermənistanın regional layihələrdə iştirakını, Orta dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır.

İrəvan qərar verməkdə çətinlik çəkir. Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir. Misal üçün Armen Qriqoryan Ukrayna ilə bağlı Sülh Forumunda iştirak etsə də, nə çıxış edib, nə də yekun bəyanata imza atıb.

Bu arada, Ceyk Sallivan İsveçrədən birbaşa Hindistana yollanıb. O Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarla və hindli həmkarı Adcit Dovalla görüşüb. Bu, Narendra Modi üçüncü dəfə baş nazir seçildikdən sonra yüksək rütbəli ABŞ rəsmisinin Hindistana ilk səfəridir. Sallivan Qriqoryanla olduğu kimi Subrahmanyam Jaishankarla və hindli həmkarıyla iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib. Hindistan Ermənistan kimi İsveçrədə Sülh Forumunun yekun bəyanatına imza atmasa da, ABŞ-la strateji əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. ABŞ Sakit Okean bölgəsində Hindistan və digər ölkələrlə birlikdə təhlükəsizlik çəmbərini gücləndirməyə çalışır”. (moden.az)

Paylaşın:

Digər yazılar