23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ziyalılıq mənəvi kübarlıqdır

 Ziyalılıq mənəvi kübarlıqdır

Ziyalı olmaq çox çətindir və bu hər adama nəsib olmur. Savadlı olmaq, elmi kitabdan məlumat toplamaq, bəlkə də bir neçə kitab yazmaq hələ ziyalı olmaq demək deyil. Ziyalılıq başqa şeydir, savadlılıq başqa şey…

Ziyalı hər şeydən əvvəl mənəvi kübar olmalıdır. Bu kübarlıq onun zahiri əməlləri ilə yox mənəvi zənginliyi ilə şərtləşməlidir. Bu mənəvi zənginliyi isə mən ilk növbədə onun yüksək amalında görürəm. Torpağa bağlılıq, xalqa bağlılıq, mənsub olduğu millətə bağlılıq, yüksək insani-bəşəri hisslərə malik özünü sözündə yox, həqiqi mənada millətin, xalqının zərrəsi hesab etmək, onunla birgə yaşamaq-ziyalının amalı olmalıdır. Və nəhayət həqiqi ziyalı özünü unutmağı, özünü fəda etməyi bacarmalıdır. Ədalət, vicdan, fədakarlıq, cəsarət, mənəvi cəngavərlik onun əsas keyfiyyəti olmalıdır. Belə olduqda xalq ona inanacaq, onun arxasınca gedəcək, onu özünə dayaq, başçı hesab edəcək.

Azərbaycanı dünya arenasında qüdrətli bir dövlətə çevirən ümummilli liderimiz Heydər Əliyev bütün ömrünü, həyatının ən dəyərli anlarını Respublikamızın çiçəklənməsinə sərf etmiş böyük bir şəxsiyyətdir. O, elə bir nadir şəxsiyyətdir ki, bəlkə onu vəsf etməyə sözün də qüdrəti çatmaz. Dünyanın ən xoş sözlərini onun ünvanına desək, yenə də azdır.

Müasir tariximizin ən parlaq şərəfli səhifəsi onun adı ilə bağlıdır. Heydər Əliyev təkcə tarixə düşən yox, həm də tarix yazan, yaradan şəxsiyyətdir. Onun nəsib olduğu xüsusiyyətlərin hər biri Tanrı vergisi idi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi əməlləri ilə əbədi yaşamaq haqqı qazanan lideri var. Xalqını, millətini azadlığa, istiqlaliyyətə qovuşduran, öz müqəddəratını təyin etmək haqqına sahib çıxan Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə qayıdanda Azərbaycanda vəziyyət son dərəcə ağır idi. Uzun illərin dövlətçilik təcrübəsi, yenilməzliyi, fədakarlığı, uzaqgörənliyi, xalqına olan sonsuz məhəbbəti Heydər Əliyevə əlavə güc verdi. O ən böyük gücünü də öz xalqından aldı.

Heydər Əliyev Azərbaycanı dünyanın ən nüfuzlu, dinamik inkişafda olan ölkələr sırasına yüksəltdi. Bu gün Heydər Əliyevin yolu, siyasəti möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla, xalqın maraqlarına, dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.

Heydər Əliyev yolu ölkəmizin uzunmüddətli inkişafı, xalqımızın xoşbəxtlik simvoludur.

Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi, mədəni nailiyyətlər faktlarla təsdiqlənən reallıqdır. Qazanılan uğurların tarixliyini şərtləndirən ən mühüm amil isə bundan ibarətdir ki, müstəqil dövlətimiz tərəqqi əldə etməklə hansısa ölkənin rekordunu təkrarlamır. Əksinə  sosial-iqtisadi göstəriciləri ilə yeni rekord müəyyən edir. Başqa ölkələr üçün də məqbul tərəqqi modelini ortaya qoyur.

Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirilməsi, möhtərəm prezidentimiz İlham Əliyevin bu doğru yola sadiqlik nümayişi bir daha göstərir ki, dövlətimizin və dövlətçiliyimizin sükanı etibarlı əllərdədir.  Azərbaycan bu gün təkcə Cənubi Qafqaz regionu dövlətləri sırasında deyil, dünyanın ən inkişaf etmiş ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq səviyyəsindədir. Beynəlxalq və regional enerji layihələrinin əsas iştirakçısı olan Azərbaycanın özünün təbii sərvətləri ilə dünyanın ən aparıcı dövlətləri ilə bir sırada dayanması onun xoşbəxt gələcəyindən xəbər verir. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin Azərbaycan hissəsinin tikintisinin başa çatması “Əsrin müqaviləsi” nin reallaşması əfsanənin həqiqətə çevrilməsi qədər maraqlıdır. Dünyanın söz sahibi olan inkişaf etmiş demokratik dövlətlərin rəsmiləri çox haqlı olaraq bu layihənin əsas memarı kimi Heydər Əliyevi sayırlar. Məhz onun iradə və əzmi ilə reallaşan layihə Azərbaycanın işıqlı sabahına hesablanmışdır. Əlbəttə, bu, ilk baxışda iqtisadiyyatla bağlı məsələdir.  Unutmaq lazım deyildir ki, bütün siyasi, sosial nailiyyətlərin əsasında iqtisadiyyat dayanır. İqtisadiyyatı güclü olan dövlət həm də siyasi cəhətdən qüdrətli olur.

Azərbaycan dövlətçiliyi tarixində tarixi yaddaşlarımıza yazılan böyük şəxsiyyətlər çox olub. Onlar içərisində xüsusi şücaətləri, siyasətdə öz dövlətçilik prinsipləri ilə fərqlənən igid, qorxmaz, mərd diplomat qadınlarımız yetərincə olub.

Dövlət idarəçiliyində Azərbaycan qadınlarının peşəkarlığından, intellektual qabiliyyətindən, səmərəli işgüzar fəaliyyətindən danışdıqda bu gün Heydər Əliyev siyasi kursunun davam etdirərək  cəmiyyətin ayrı-ayrı sahələrində öz diqqət və qayğısını əsirgəməyən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın adı XXI əsr tarixə düşən ilk öncül qadın siyasətçimiz kimi həmişə iftixarla deyilir. Mehriban xanım Əliyeva Azərbaycan qadınlarının və milli mədəni irsimizin əsl təəssübkeşi və qoruyucusudur.

Mehriban Əliyevanın bu gün həyata keçirdiyi tədbirlər şəhid ailələrinə qayğı, yaralı qəhrəman qazilərimizə diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Mehriban xanımın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci Vitse-prezidenti, statusu ilə yanaşı Azərbaycan cəmiyyətinin novatorudur. Dövlətçilik sistemində xaqan-xatun modelini əslində bütün dünyaya məhz türk ruhunda əks etdirib. Mehriban Əliyevanın simasında bu qədim ənənəni müstəqil Azərbaycan dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır.

Bu da geniş dünyagörüşlü bir ziyalı xanımın xalqına, millətinə, torpağına olan sonsuz məhəbbətinin tərənnümüdür.

Qüdrətli sərkərdənin xalqı hər zaman arxasında dağ kimi dayanıb, onu daha böyük zəfərlərə səsləyir.

Firuddin Orucov

 Vətən naminə inkişafa doğru ictimai birliyi

 Ziyalılar şurasının sədri

Paylaşın:

Digər yazılar