“Qarabağın Həcəri” 70 yaşında – FOTO+VİDEO
Bu gün “Qarabağın Həcəri” kimi tanınan keçmiş döyüşçü Sabirə Mahmudovanın doğum günüdür.
YeniZamantv.az xəbər verir ki, Sabirə Mahmudovanın 70 yaşı tamam olur.
İxtisasca ingilis dili müəlliməsi olan Sabirə Mahmudova I Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılıb, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş təlimatçısı kimi bir çox ərazilərdə keçirilmiş əməliyyatlarda iştirak edib.
Hər zaman özünü Vətənin daşı sayan dəyərli Sabirə xanımı doğum günü münasibəti ilə təbrik edir,ona cansağlığı arzu edirik.