12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Moskvada kritik söhbət: Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?

 Moskvada kritik söhbət: Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?

Ötən gün Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun Moskvada Ermənistan Baş nazirinin müavini Mqer Qriqoriyanla görüşü diqqət çəkib. Görüş Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 104-cü iclası çərçivəsində baş tutub.

Baş nazir müavinləri iclas bitdikdən sonra 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər. Həmin anlar ictimaiyyətdə və siyasi dairələrdə maraqla qarşılanıb. İki ölkə rəsmilərinin bir araya gələrək qısamüddətli də olsa müzakirə aparması, sülh prosesinin davamlılığı baxımından müsbət dəyərləndirilib.

Bu görüşün sülh prosesinə necə təsiri ola bilər? Eyyubov və Qriqoryan 10 dəqiqədə nələri müzakirə ediblər?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, yekun sülh müqaviləsindən bəhs etmək indiki məqam üçün tezdir:

“Çünki hələ də tərəflər arasında razılaşdırılmamış bir neçə məqam var. Həmçinin biz zaman-zaman Ermənistanın Baş naziri Nikol Paşinyandan qeyri-adekvat açıqlamalar eşidirik. Bu isə bəzən iki ölkə arasında yaxınlaşmanı ləngidir, sülhə gedən yolu uzadır. Geniş müzakirələrə, ikitərəfli görüşlərin intensivləşməsinə ehtiyac var”.

Paylaşın:

Digər yazılar