08.04.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Araşdırma

Cəmiyyət

Sosial

Ekologiya

Günün mövzusu

QHT

Siyasət

Sosial

Günün mövzusu

Araşdırma

Günün mövzusu

Günün mövzusu

Araşdırma

Cəmiyyət

Sosial

Ekologiya

Günün mövzusu

QHT

Siyasət

Sosial

Azərbaycan deputatları Ermənistana GEDƏCƏK?

 Azərbaycan deputatları Ermənistana GEDƏCƏK?

Gələn həftə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assemblyasiyasının (QDİƏT PA) iclası keçiriləcək.

YeniZamantv.az-ın məlumatına görə, iclas Ermənistanda baş tutacaq.

Belə ki, 10-12 dekabr tarixlərində İrəvanda QDİƏT PA-nın 64-cü plenar iclası keçiriləcək.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 12 üzvü var. QDİƏT-in Parlament Assambleyası isə üzv ölkələrin milli parlamentlərinin təmsil olunduğu qurumdur. Parlament Assambleyası 1993-cü ildə təşkilatın əhatə etdiyi regionda siyasi stabilliyin möhkəmləndirilməsi məqsədilə yaradılıb. Assambleya 70 üzvdən ibarətdir. Hər ölkədən gələn nümayəndə heyətinin sayı, ölkənin əhalisinin sayına proporsionaldır.

Azərbaycan da QDİƏT-in üzvüdür. Milli Məclisin deputatları QDİƏT PA-nın əvvəlki plenar iclaslarında aktiv iştirak edib. İrəvanda keçiriləcək iclasda Azərbaycanın təmsil olunub-olunmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan heyətinin sədri Eldar Quliyev, üzvləri Kamran Bayramov, Eldar İbrahimov, Musa Quliyev, Səbinə Salmanova və Mahir Süleymanlıdır. /modern.az/

Paylaşın:

Digər yazılar