12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Ümumdünya İnsan Hüquqları Günündə üç QHT rəhbəri BƏYANAT verdi

 Ümumdünya İnsan Hüquqları Günündə üç  QHT rəhbəri BƏYANAT verdi

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması İctimai Birliyi, Əsgər Ailələrinə Dəstək İctimai Birliyi və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Ümumdünya İnsan Hüquqları Günündə birgə

                                                                                                     BƏYANATI

 

20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması İctimai Birliyi, Əsgər Ailələrinə Dəstək İctimai Birliyi və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi olaraq təşkilatlarımıza qarşı qanunsuz təzyiqlərin aradan qaldırılması məqsədilə mövqeyimizi bəyan edirik.

  1. Konstitusiya və qanunların tətbiqi

Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunlarına uyğun olaraq, dövlətin əsas vəzifələrindən biri vətəndaşlarının hüquqlarını qorumaqdır. Bu çərçivədə vətəndaşların  hüquqları mütləq şəkildə qorunmalı, onlara qarşı hər hansı hüquq pozuntusu və ya qeyri-bərabərlik tətbiq edilməməlidir.

  1. Şəffaflıq və hesabatlılıq

Dövlətin maliyyə vəsaitlərinin xərclənməsində şəffaflıq, vəsaitlərin məqsədinə uyğun və qanuni şəkildə istifadəsi təmin edilməlidir. Dövlət büdcəsinin xərclənməsi ilə bağlı vətəndaşlara məlumat verilməli, dövlət maliyyəsinin hər bir hissəsinin xərclənməsi açıq şəkildə izlənməli və hesablanmalıdır.

  1. Qanun pozuntularına qarşı tədbirlər

Biz, Cənab Prezidenti dəstəkləyən, milli, dövləti maraqlardan, şəffaf fəaliyyət göstərən, qrant almaq üçün deyil, ilin 365 gününü, cəmiyyətin həssas qruplarına təmənnasız xidmət edən QHT sədrləri Ölkə Rəhbərinin İctimai Nəzarət, Korrupsiyaya qarşı mübarizə çağırışlarını rəhbər tutaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən qanun pozuntularını, korrupsiya faktlarını ictimailəşdirdikdən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsindən və QHT Agentliyindən təşkilatlarımızı sıradan çıxartmaq üçün əllərində olan resurslardan istifadə edirlər.

Yazdıqlarımız ərizə və şikayətlərin nəticəsiz qalması, illərdən bəri hər zaman bir yerdə olduğumuz həmkarlarımıza, QHT sədrlərinə bizimlə salamlaşmağa belə qadağa qoyulması, Azərbaycan Respublikasının Ədliyyə Nazirinə sədr seçkisi ilə bağlı yeni Reyestrdən Çıxarışların verilməməsi tapşırığı, əmrə müntəzir jurnalistlərə göstərişlər verərək, saytlarda heç bir əsası olmayan, şərəf və ləyaqətimizi yalan və böhtan dolu hədyanlarla təhqir edərək, işgüzar nüfuzumuzu gözdən salan yazıların tirajlanması, “bunlar dövlətin düşmənidir” kimi ifadələrlə haqqımızda fikir formalaşdırılması, artıq pik həddədir. Ən dəhşətlisi isə odur ki, bizi susdurmaq üçün  ailə üzvlərimizi həyatları və işləri ilə təhdid edərək, onları şantaj edirlər.

Aldığımız məlumata görə yeni bir oyuna əl atıblır. Öz əməllərini ört-basdır etmək üçün bizi guya “vətəndaş cəmiyyətində araqarışdıranlar” kimi qələmə verməklə, Cənab Ptezidentə “zəhmətkeş məktubları”nı xatırladan müraciətlər hazırlanması istiqamətində qızğın iş gedir. Məqsəd isə illərdən bəri təsisçisi və sədri olduğumuz QHT-lərin fəaliyyətlərinə xitam verdirib, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatların ləğv etdirilməsidir.

Bizə elə gəlir ki, bunun əvəzində “Ulu Öndər Heydər Əliyevin Şuşa sevgisi” Respublika Konfransı adlı tədbiri keçirmədən 35230 manatın və digər  bu kimi onlarla fəaliyyətin icra olunmadan böyük məbləğdə vəsaitlərin mənimsənilməsi kimi halların araşdırılması ilə müvafiq qurumların məşğul olması daha məqsədəuyğun olardı. Bizdən düşmən obrazı yaratmaq isə mümkün deyil! Buna görə də təzyiq göstərən və qanunları pozan vəzifəli şəxslər və qurumlar haqqında dərhal hüquqi tədbirlər görülməlidir. Qanunsuz təzyiqlər, sabotaj və şantaj kimi halların qarşısı alınmalıdır.

  1. Qanunsuz müdaxilələr və təzyiqlərə qarşı mübarizə

Dövlət orqanlarının, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və digər dövlət orqanlarının, bizim təşkilatların fəaliyyətinə qanunsuz müdaxilələr etməsi və təzyiqlər göstərməsi tamamilə dayandırılmalıdır.

Dövlət orqanlarının vəzifəli şəxsləri, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmamalıdır.

Təşkilatlarımızın öz fəaliyyətini sərbəst şəkildə həyata keçirməsi və qanunsuz müdaxilələrdən qorunması təmin edilməlidir.

Hər hansı bir qeyri-qanuni müdaxiləyə qarşı dərhal hüquqi addımlar atılmalıdır.

  1. Dövlət vəsaitinin qanunsuz xərclənməsi və təzyiqlər

Biz, dövlət vəsaitlərinin qanunsuz xərclənməsini və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mane olmaq məqsədilə göstərilən təzyiqləri qəti şəkildə pisləyirik. Dövlət vəsaitləri yalnız qanunlara uyğun və məqsədli şəkildə istifadə edilməlidir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mane olmaq üçün hər hansı təzyiqlər və ya qeyri-qanuni hərəkətlər sərt şəkildə qınanmalı və buna qarşı hüquqi ölçülər götürülməlidir. Dövlət, qeyri-hökumət təşkilatlarının qanuni fəaliyyətini təmin etməli, onların hüquqlarını məhdudlaşdıran bütün qurumları qanun çərçivəsində cəzalandırmalıdır.

  1. QHT-lərin hüquqlarının qorunması və qanunsuz çıxarışlar

QHT sektorunda yaranmış acınacaqlı vəziyyətin, korrupsiya hallarının, özbaşınalıqların Cənab Prezidentə çatmasının qarşısının alınması qəti şəkildə dayandırılmalıdır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, digər dövlət orqanları tərəfindən  20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması İctimai Birliyi, Əsgər Ailələrinə Dəstək İctimai Birliyi və “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin   hüquqları  təmin,  müdafiə edilməli, təşkilatların fəaliyyətini məhdudlaşdıran qanunsuz hərəkətlər aradan qaldırılmalıdır. Dövlət orqanları, Ədliyyə Nazirliyi və digər müvafiq qurumlar qeyri-hökumət təşkilatlarına dair çıxarışları qanunla müəyyən edilmiş qaydalara uyğun şəkildə verməlidir. Ədliyyə Nazirliyi tərəfindən sifarişlə Reyestrdən Çıxarışlarının qanunsuz olaraq verməməsi və hər hansı dövlət orqanının bu təşkilatları təzyiq altında saxlanması deməkdir. Təşkilatların sərbəst şəkildə layihələri təqdim etməsi üçün əngəllər aradan qaldırılmalı, öz  əlaltıları olan ekspertlərə layihələrin keçməməsi üçün qərəzli şəkildə tapşırıq verməkdən çəkinməlidilər.

Təzyiq göstərən, qanunları  və vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərə qarşı hüquqi tədbirlər görülməlidir.

İMZALAR:

 Maral Zamanova, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması İctimai Birliyinin sədri

Mətanət Əsgərqızı, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Esmira Orucova, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri

 

Paylaşın:

Digər yazılar