10.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
İqtisadiyyat

Günün mövzusu

Sosial

Dünya

Səfərlər

Dünya

Xəbərlər

Dünya

Kriminal

Hərb

Siyasət

Araşdırma

Xaçatryan: Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi

 Xaçatryan: Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi

Nikol Paşinyan bu gün İlham Əliyevin daha bir güzəşt tələbini qəbul etdi.

YeniZamantv.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.

Xaçatryan iddia edib ki, Prezident İlham Əliyev Ermənistana növbəti ultimatum təqdim etdi və şərtləri qəbul etməkdən başqa yolun qalmadığını çatdırdı.

“Ermənistanın silahsızlaşdırılması, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması və digər tələbləri var. Əliyev Ermənistan dövlətini faşist adlandırdı, bu o deməkdir ki, faşizmə qarşı hansı məntiqlə hərəkət edirlərsə, Ermənistana qarşı da eyni məntiqlə hərəkət ediləcək.

Paşinyan isə susdu, lakin sonra anladı ki, uzun müddət susa bilməz. Ona görə yox ki, erməni ictimaiyyəti cavab tələb edir, xeyr. Səbəb Əliyevin güzəşt tələbini cavablandırmaqdır. Bəyan etdi ki, “biz sona qədər sülh prosesini dəstəkləyəcəyik”.

Bu o deməkdir ki, müharibənin olmaması üçün Azərbaycanın bütün tələblərini qəbul etməliyik. Beləliklə, Paşinyan bu gün Əliyevin növbəti güzəşt tələblərini qəbul etdi. Onun səsləndiriyi fikirlər də bu tələblərin qəbul edilməsinə zəmin hazırlamaq məqsədi daşıyır”, – erməni deputat iddia edib.

Paylaşın:

Digər yazılar