12.03.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Sosial

Ekologiya

Cəmiyyət

Qarabağ

Günün mövzusu

Sosial

Ekologiya

Sağlamlıq

Araşdırma

Xəbərlər

Cəmiyyət

… nə gəldi yazmaq həmin şəxsin daxili dünyasından xəbər verir…

 … nə gəldi yazmaq həmin şəxsin daxili dünyasından xəbər verir…
Maraqlı yazıları ilə gündəm yaradan jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin təsisçisi Mətanət Əsgərqızının sosial şəbəkə hesabında paylaşdığı yazı düşündürücüdür. YeniZamantv.az yazını təqdim edir:
…. Təbiətdə olan heyvanlara rəhm etməyənlər, insana rəhm edəcəklər? Hər bir peşənin sahibi əvvəlcə insan olmağı bacarmalıdır. Şəfqət , mərhəmət hissləri bir an onu tərk etməməlidir. Xüsusi ilə jurnalistlər . Xəbər yarışına girib, kim daha çox abırsızlıq edər deyə nə gəldi yazmaq həmin şəxsin daxili dünyasından xəbər verir. Belələri hər pislik edərlər. Son zamanlar həmkarım jurnalistlərin daha çox bir- birinə qarşı amansız rəqabəti adamı qorxudur. Dünən bir qadın jurnalist həbs olunub. Özünün şəkilini tirajladız, anladıq, məktəbli övladları ilə şəkillərini niyə paylaşırsız? Nə əldə edirsiz? O uşaqlara necə travma verdiyinizi düşünmürsüz? Heç şübhəsiz 0 məktəbdə sizin tayınız olacaq uşaqlar da oxuyurlar. Onların xanım jurnalistin övladlarını barmaqla göstərəcəkləri də ağlınıza gəlmir? İnanın, bir gün o qadının yerində siz də ola bilərsiz!
P.S. Jurnalist Şahnaz Bəylərqızını tanımıram, niyə həbs olunub da bilmirəm. Lakin bu sətirləri yazaraq insanlıq borcumu yerinə yetirdim. Nə yaman günə qaldın Zərdabinin yaratdığı jurnalistika???
Paylaşın:

Digər yazılar