12.03.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Sosial

Ekologiya

Cəmiyyət

Qarabağ

Günün mövzusu

Sosial

Ekologiya

Sağlamlıq

Araşdırma

Xəbərlər

Cəmiyyət

Bu piyadalar 40 manat cərimələnəcək

 Bu piyadalar 40 manat cərimələnəcək

Piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə yeni cərimə müəyyənləşir. Layihəyə əsasən, qırx manat məbləğində cərimə tətbiq ediləcək.

 YeniZamantv.az Xəzər TV-yə istinadən bildirir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin Dəmir yolu nəqliyyatında təhlükəsizlik qaydalarının pozulmasına görə də cərimələr artırılır. Belə ki, dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə yüz manat məbləğində cərimə olunur.

Layihəyə əsasən, yük vaqonlarının, konteynerlərin, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə də inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Qüvvədə olan məcəlləyə əsasən, bu xətaya görə yüz əlli manat məbləğində cərimə tətbiq olunur.

Paylaşın:

Digər yazılar