12.03.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Sosial

Ekologiya

Cəmiyyət

Qarabağ

Günün mövzusu

Sosial

Ekologiya

Sağlamlıq

Araşdırma

Xəbərlər

Cəmiyyət

Səbirə Mahmudova : Neçə ki, sağsınız, danışın

 Səbirə Mahmudova : Neçə ki, sağsınız, danışın
Birinci Qarabağ savaşından illər ötsə də o zamanın  hadisələri yaddaşlardadır. Yaxşı ki, Qarabağın Həcəri  adı qazanmış Səbirə Mahmudova kimi  vətənpərvər qadınlarımız var. O tarixlərdən birinə işıq salan  fikirlərini sosial şəbəkədə paylaşaraq maraqlı və kədərli faktlardan yazıb:
Fevral şaxtalarinda Murov əməliyyatının keçirilməsinin səbəbkarlarina Allah lənət eləsin.Toganada “samaqon” araqdan vurub ölkə başçisıni bu əməliyyata razı salanların tifaqı dagilsin.Hərbin sirlərini bilib bu əməliyyata etiraz edənləri təzyiq altda doyüşə vadar edənlərin nəsli kəsilsin.Donvurmadan 1700 dən artıq şəhid, yüzlərlə xəsarət alan,yüzlərlə uçqun altda itgin duşən oğulların ahi yerdə qalmasın.Gunahsiz yerə məhbəsdə salınan komandirlər susmamalı tarixi açib danışmalıdirlar.Bu yaxinlarda Valeh Rəfiyev də danışmadan rəhmətə getdi,nəyi gözləyirsiz? (Təkcə Balay Nəsibov danısmalıydımı? Ən azından on illərdən bəri yol gözləyə-gözləyə dünyasını dəyişmiş anaların ruhu xatirinə.Yaz gələndə binoklla seyr edilərkən yamaclarda əriyən qar altından qaraltisi görsənən şəhidlər xatirinə.O şəhidlərisə göturmək mümkün deyildi,erməni nəzarətindəydilər.
Həcmcə kiçik olsa da,mən o döyüşdəki şəhidləri Sarıkamışın donvurmadan məhv olmuş 90 minlik şəhidləriylə müqayisə edirəm.Hər iki faciə yuxarı komandanlığın məsuliyyətsizliyindən doğmuşdur.Necə ki,Türk hərbi naziri Ənvər paşanin höcətliyi ruslara turk ordusunu məğlub etdirdi,donvurma nəticəsində.Allah bütun şəhidlərimizə rəhmət eləsin.
Gəray Əsədov, indi sən danışmalısan,Murovda Yanşaqda az qüvvəylə köməksiz qaldığınızı.Və mən də sənin sifarişini mərhum Heydər Əliyevə mühafizə idarə rəisi general Vaqif Axundov vasitəsilə çatdirmagimi,prezidentin hərbi nazir Məmmədrəfiyə gostəris verdiyini,amma sizə kömək gəlmədiyini,ərazini tərk etmək məcburiyyətində qaldığınızı danışmalısan.Onu da deyim ki,mənim cəbhə xəttindən verdiyim məlumatı oldugudək prezidentə çatdırirdılar.(Mütəllibov,Yaqub Məmmədov dövründə də beləydi).Həmin saatlarda prezident İngiltərəyə uçurdu və nazirə göstərişini vermişdi.Geri dönüşündəsə,təyyarədəykən ərazinin əldən getdiyi xəbərini alanda rəhmətlik prezident demişdi: ” Ağ kağıza qol çəkib Həcərə verərəm”…( Bunu da yanındakılardan eşitmisdim…)
Danış, Ağalı igidi Gəray,danış günahsız yerə həbs yatdığından…
Danışin,bir vaxtlar siyasi motivlərlə görə susdumsa da omür vəfa etsə,çox qaranlıqlara işiq salacam.
Mən ki, qapı -qapi düsub o vaxtkı müharibə haqqında hər döyüşçüdən bir kəlmə oğurlayıb, onun-bunun hesabina kitaba cevirmirəm  ,döyüş meydanı görməyib də sözlərinə ” ilk qadın hərbi jurnalist” titulu yapisdiranlar kimi…
Paylaşın:

Digər yazılar