20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Əgər bu təklifi qəbul etsəydik, müharibə olmazdı – Paşinyandan etiraf

 Əgər bu təklifi qəbul etsəydik, müharibə olmazdı – Paşinyandan etiraf

Əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, müharibənin qarşısını almaq olardı.

YeniZamantv.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini öyrənmək üzrə komissiyanın iclasında deyib.

“Deyə bilərdik ki, biz Dağlıq Qarabağı Azərbaycandan kənarda görmək ideyasından imtina edirik. Təbii ki, bu, bizim müharibədən qaça biləcəyimizə zəmanət verməzdi, lakin nəzəri cəhətdən buna imkan yaradardı”, – Paşinyan əlavə edib.

Baş nazir onu da vurğulayıb ki, danışıqlar prosesində bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün bir neçə səbəb var. Bunlar Laçın dəhlizindən istifadə, sərhədin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir. (publika.az)

Paylaşın:

Digər yazılar