12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

”Dəmir bilək”li xüsusi təyinatlı şəhidimiz: “Məni yaddan çıxartmayın Kişilər”!

 ”Dəmir bilək”li xüsusi təyinatlı şəhidimiz: “Məni yaddan çıxartmayın Kişilər”!

Uşaqlıqdan idmanla məşğul olur…

Yoldaşları arasında qol güləşi edir, hər zaman qalib gəlir…

Qolu qüvvətli olduğundan yoldaşları ona “Dəmir bilək” ləqəbini verir…

orpaqlarımızın işğalda olması ilə heç vaxt barışmır, məhz bu səbəbdən hərbi sahəyə yönəlir…

Üç il yarım topçu və top komandiri kimi Azərbaycan ordusunda xidmət edir…

Cəlilabadda xidmət etdiyi dövrdə yoldaşları ona “Cəlilabad qartalı” ləqəbini verir…

O, Aprel döyüşlərində düşmənin xeyli sayda canlı qüvvəsini, silah-sursat anbarını və hərbi texnikasını məhv edir, Lələtəpəyə ilk bayraq sancanlardan biri olur…

Məhz bundan sonra igidimiz XTQ-nin 6 aylıq hazırlıq kurslarına göndərilir və kursu uğurla başa vurub xüsusi təyinatlıların sırasında kəşfiyyatçı kimi xidmətini davam etdirir…

Tovuz döyüşlərində fərqlənən qəhrəman kəşfiyyatçı komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alır…

Qardaş Türkiyədə 25 dövlət arasında keçirilən xüsusi təyinatlıların yarışında qalib gələn hərbçilərimizdən biri kimi medalla təltif edilir…

Vətən Müharibəsinə kəşfiyyatçı kimi qatılan, düşmən istehkamlarının dağıdılmasında müstəsna xidmətləri olan, düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv edən, Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini əlbəyaxa döyüşlə, kəşfiyyatçısını isə boğaraq öldürən, 33 gün qəhrəmancasına döyüşərək Şuşa uğrunda döyüşlərdə şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin giziri Siyahim Dəmirov!

Qəhrəmanımız xidməti müddətində “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı,” Vətən uğrunda”, “Vətən Müharibəsi İştirakçısı”, “Şücaətə görə” medalları, “Kəlbəcərin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, “Qarabağ” ordeni ilə təltif edilir.

Döyüş yoldaşı deyir ki, “Şuşa uğrunda döyüşdə Siyahimlə bərabərdik. O düşməni, düşmən də onu görmüşdü. Siyahim qumbaranı götürüb onun üzərinə yeriyəndə düşmən Siyahimi güllə atəşinə tutdu. Nə qədər güllə dəydi, adam qətiyyən yıxılmadı. Mən bunu ancaq kinolarda görmüşdüm… O son atəşdə dizini yerə qoyub, dönüb son dəfə əsgərlərinə baxdı və gözlərini yumdu. Həmin düşmən əsgərlərini Siyahimin öz əsgərləri məhv etdi”.

İgidimiz dostları ilə bu sözlərlə vidalaşır: “Mənim qanım bu torpağa halaldır. Şərəfsizlərdən yetərincə qırmışam! Günahsızların qanını almışam! Qismət olsa görüşərik! Kişilər, məni yaddan çıxartmayın!”

Qəhrəmanlığı ilə, saya-hesaba gəlməyən şücaətləri ilə dillərə dastan olan igidim! Azərbaycanın dəmir biləkli qəhrəmanı! Aylar, illər kecəcək… Sənin qəhrəmanlığın dillər əzbəri olacaq! Adını qanı ilə Azərbaycanın Zəfər taixinə yazan qardaşım! Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun!

Səni unutmarıq! Unutdurmarıq!

Sevinc Bəhmənli

 

Paylaşın:

Digər yazılar