Zəlzələdə ölənlərin ilkin sayı AÇIQLANDI
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların ilkin sayı açıqlanıb.
YeniZamantv.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin baş verdiyi 7 bölgədə 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.
Zəlzələnin episentrinin yerləşdiyi Kahramanmaraş şəhərinin valisi Ömər Faruk Coşkunun sözlərinə görə, hazırda ölən və yaralananların sayını demək mümkün deyil, zərər ciddidir.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.