Türkiyədə dəhşətli zəlzələ: 7.4 bal – Böyük dağıntılar var
Türkiyədə Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.
YeniZamantv.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.
Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.
Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.
Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə – Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. /yenisabah.az/