22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nasistlər nüvə şantajını davam etdirə bilərlər…

 Nasistlər nüvə şantajını davam etdirə bilərlər…

“Rusiya Şimal Donanmasındakı taktiki nüvə silahı olan gəmilərini Qara dənizinə göndərir. Əlbəttə, bu da təşviş yaratmaya bilməz”.

YeniZamantv.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin nümayəndəsi Andrey Yusov deyib.

Bununla belə, ukraynalı kəşfiyyatçı iddia edir ki, Rusiya “nüvə düyməsi”nə basmağa müvəffəq olmayacaq.

“Nasistlər nüvə şantajını davam etdirə bilərlər, amma digərləri kimi bu nağıl da işə yaramayacaq. Nə Ukrayna qorxur, nə də dünya”, – Yusov bildirib.

Onun sözlərinə görə, Rusiya elitasının daxilində bunun odla oyun olduğunu başa düşürlər. Yusov əlavə edib ki, barmağı “qırmızı düymə”yə yaxınlaşdırmaq Rusiyanın dağılması demək olacaq.

“Onlar hədələyə bilərlər, sərxoş Medvedev daha qəzəbli yazılar yaza bilər, amma bu, heç kimi qorxutmayacaq”, – ukraynalı kəşfiyyatçı söyləyib.

Bundan əvvəl Norveç kəşfiyyatı məlumat yayaraq bildirb ki, SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Rusiya Şimal Donanmasının gəmiləri göyərtəsində taktiki nüvə silahı ilə yola çıxıb.

“Nüvə potensialının əsas hissəsi Şimal Donanmasının sualtı və suüstü gəmilərində yerləşdirilib. Həm Rusiya ilə NATO arasında anlaşılmazlıq ehtimalı artır, həm də istəmədən toqquşmanın baş verməsi ehtimalı öz növbəsində eskalasiya riskini artırır”, – hesabatda deyilir.

Qeyd olunur ki, Rusiya ilə NATO arasında potensial qarşıdurma ssenarisində taktiki nüvə silahı ciddi təhlükə yaradır.

2022-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin nüvə müharibəsi təhlükəsinin artdığını deyib. Eyni zamanda, o, Rusiyanın nüvə silahından ilk istifadə edən tərəf olmayacağını söyləyib.

ABŞ Dövlət Departamenti Putinin yeni nüvə təhdidlərini “boş” adlandırıb.   /teleqraf.com/

Paylaşın:

Digər yazılar