23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Xavyer Kolomina Əliyev-Paşinyan görüşündən yazdı

 Xavyer Kolomina Əliyev-Paşinyan görüşündən yazdı

NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib.

YeniZamantv.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.

“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın Baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər. (publika.az)

Paylaşın:

Digər yazılar