Netanyahu: Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum etdi
İsrailin baş naziri Benyamin Netanyahu İranı keçən həftə Fars körfəzində neft tankerinə hücum etməkdə ittiham edib.
YeniZamantv.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib: “Keçən həftə İran Fars körfəzində yenidən neft tankerinə hücum etdi və beynəlxalq naviqasiya azadlığına zərbə vurdu”.
Liberiya bayrağı altında üzən gəminin kapitanı fevralın 10-da Ərəbistan dənizində tankerin təyyarənin hücumuna məruz qaldığını təsdiqləyib.
Tehran son illərdə bu cür hücumların arxasında dayandığına dair bütün ittihamları rədd etsə də, İran hakimiyyəti insidentlə bağlı şərh verməyib. (publika.az)