Süleyman Soylu: Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda qardaşlığın ən böyük nümunəsini göstərir
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin də yerləşdiyi Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Koordinasiya Mərkəzinə gəlib.
YeniZamantv.az xəbər verir ki, bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı bildirilib.
Nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olub, ona şəraitlə bağlı məlumat verilib.
Daxili işlər naziri Azərbaycanın xilasedicilərinə gördükləri işlərlə bağlı təşəkkür edib.
Azərbaycanın xilasediciləri günün 24 saatı Kahramanmaraşda qardaşlığın ən böyük nümunəsini göstərir. Burada Azərbaycanın FHN general-mayoru Etibar İsmayılovla birgə xilasedicilər haqqında bir qəhrəman kimi danışılır. Hamınıza təşəkkür edirəm. Bir insanı dağıntılar altından xilas etdiniz, izlədik. Bizə güc-qüvvət verdiniz”. (globalinfo.az)