23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Laçın yolunda post qurulur – Azərbaycan Münxendə bu məsələni həll etdi

 Laçın yolunda post qurulur – Azərbaycan Münxendə bu məsələni həll etdi

YeniZamantv.az xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Münxen Təhlükəsizlik Konfransının gündəliyində müxtəlif mövzular olsa da, Azərbaycanla bağlı məsələlərə də xüsusi yer verildi…

– Münxen Təhlükəsizlik Konfransının əsas məğzini Qərb-Rusiya qarşıdurması kimi də şərh etmək olar. Ukraynada olduğu kimi burada da Qərbin mövqeyi tam bəlli deyil. Çünki bəziləri Corc Soros kimi deyirlər ki, Rusiya dağılmalıdır. Bir çoxları isə bu ideyanı dəstəkləmirlər. Bir qrup isə müvəqqəti də olsa hərbi əməliyyatların dayandırılmasını istəyir. Ümumilikdə isə bu proseslər istər-istəməz Cənubi Qafaqaz regionuna da təsirsiz ötüşmür. Panel müzakirələrdə də əsas mövzu bu istiqamətdə idi. Bununla yanaşı Azərbaycan-Ermənistan münasibətlərinə aid də müxtəlif bəyanatlar səsləndi.

– Nəticələr barəsində nə demək olar?

 

Müzakirələrin yekunu olaraq o qənaətə gəlmək olur ki, Qərb Laçın yolunun girişində nəzarət buraxılış sisteminin yaradılmasını dəstəkləyib. Münxendə Laçın-Xankəndi yolundakı azərbaycanlı fəalların aksiyası da öz məntiqi cavabını almış oldu. ABŞ tərəfindən səslənən dəstək bunu ehtiva edir. Çünki burada Azərbaycan ərazisinə giriş-çıxışda beynəlxalq qaydalara uyğun nəzarət buraxılış məntəqlərinin formalaşması zəruri hal kimi qeyd edildi. Əslində bununla da Laçın yolu ilə bağlı məsələyə son qoyulması üçün bir işarə oldu.

– Bölgə ilə bağlı səslənən əks fikirlərin əsas hədəfi nədən ibarət idi?

– Burada Avropada olan bəzi oyunçuların fikirləri də eşidildi. Görünən odur ki, onlar hələ də öz mövqelərində qalır. İndiki halda isə onlar Zəngəzur dəhlizini məhz Rusiyanın layihəsi kimi təqdim etməyə cəhd göstərir. Bu, Fransa və Almaniya tərəfindən sərgilənən açıq bir mövqe idi. Əslində Ermənistana Avropa İttifaqının fransız jandarmalarını, alman polisini göndərməsinə geyindirilən təzə bir dondur. Burada onların Rusiya ilə qarşıdurma görüntüsü yaratması da inandırıcı deyil. Çünki onlar hələ də ruslarla “alver” edirlər.

– Necə düşünürsünüz, nəzarət buraxılış məntəqələri yaradılırsa, dəhliz məsələsinin gündəlikdə çıxdığını söyləyə bilərikmi?

– Faktiki olaraq bu belədir. Dəhliz əslində Ermənistanın bu bölgəyə təsir göstərmək üçün əlində saxlamağa çalışdığı mexanizm idi. Bura nəzarət olunsa Qarabağda radikal mövqedə olan ermənilərin sayı azalacaq. Baş verənlərdən sonra Ruben Vardanyan kimi separatçılar bölgəni birdəfəlik tərk edəcək. Gözlənilən nəticə məhz budur.

– Qarabağda yaşayan erməni icması ilə mümükün kommunikasiyalar necə qurulacaq?

– Mümkün kommunikasiyaların formalaşması mümkündür. Çünki burada kiminləsə hansısa bir məsələni müzakirə etmək nəzərdə tutulmur. Sadəcə olaraq praktiki olaraq əlaqələrin formalaşmasından söhbət gedir. Eyni zamanda burada olan məsələləri də Prezident səvviyəsində artıq həll etməyə ehtiyac qalmır. Hansısa nazirliklər, icra orqanları mümkün kommunikasiyaları formalaşdırıb bu və ya digər məsələləri praktiki olaraq həll edə bilər. Artıq Qərb də bunu qəbul edib. Amma Fransa və Almaniya başqa bir oyunu davam etdirmək istəyir. Onlar Ermənistanı birtərəfli qaydada müdafiə etmək istəyirlər.

– Burada strateji məqsəd nədən ibarətdir?

– İstəkləri odur ki, sərhədlər dəqiqləşsin. Onlar da Ermənistanla avropalı jandarmlar və polislərin əli ilə öz köhnə siyasətlərini davam etdirsinlər. Məqsəd məhz bu şəraiti formalaşdırmaqdır. Azərbaycan isə bunu qəti şəkildə rədd edir. Çünki bizim mövqeyimiz odur ki, ərazi bütövlüyümüzə qarşı hər hansı bir iddia olacaqsa buna da adekvat reaksiya olacaq.

– Sülh mətni ilə bağlı Azərbaycanla Ermənistan arasında müzakirələrin getdiyi, qarşılıqlı olaraq təkliflərin olduğu açıqlandı. Ortada olan sülh mətninin ciddiliyi ilə bağlı hansı yanaşmalar var?

– Əslində burada sülh mətninə elə də fikir vermək lazım deyil. Bu günə kimi əldə edilən razılaşmaların mətnlərinə erməni tərəfi hörmətlə yanaşmayıb. Hətta vaxtilə deyirdilər ki, biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanımışıq. Amma bundan sonra Ermənistan tərəfinin Azərbaycan ərazisinin 20 faizi işğal edib və 30 il öz nəzarətində saxlayıb. Ona görə də, sülh və beynəlxalq qanunlara Ermənistan tərəfinin sona kimi riayət edəcəyi şübhəlidir. Onlar bu cür mətnlərə ancaq özlərinə lazım olanda riayət edir. Ortada isə Azərbaycanın gücü siyasi təsiri və iradəsi ən yaxşı təminatçıdır. Ermənistanla imzalanacaq saziş üzərində gedən işə də bir proses kimi baxmaq lazımdır. Bu prosesin bu və ya digər mərhələlərində tərəflər öz xeyrinə bəyanatlar verir.

Paylaşın:

Digər yazılar