23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bakı Nəqliyyat Agentliyi əlilliyi olan ṣəxsin xəsarət almasına ṣərait yaratdı

 Bakı Nəqliyyat Agentliyi əlilliyi olan ṣəxsin xəsarət almasına ṣərait yaratdı

YeniZamantv.az  Sosialmedia.az-a istinadən xəbər verir ki, 8 iyun tarixində  1-ci qrup əlil, ictimai fəal Rafael Quliyev tərəfindən müraciət daxil olub. Mūraciəti olduĝu kimi dərc edirik:

05 iyun 2023-cü il tarixdə saat 14:40 radələrində Xəzər TV-nin yanındakı dayanacaqda avtobusdan məni endirərkən sürücü səhlənkarlığı nəticəsində yıxılaraq başımdan və boyun nahiyəsindən xəsarət almışam.

Məlumat üçün bildirim ki, mən ümumi səbəbdən 1-ci qrup (yeni qanunla 81-100% dərəcədə) əliləm. Mühərrikli təkərli oturacaqdan istifadə edirəm. İctimai fəal olaraq tez-tez tədbirlərdə iştirak edir, cəmiyyət arasında oluram.

Bunun üçün ictimai nəqliyyatdan istifadə etmirəm. Yuxarıda qeyd etdiyim tarixdə mən Xəzər TV-də yayımlanan Təsir dairəsi verilişində iştirak etmək üçün ora gedirdim. 28 may metrosu dayanacağında 32 saylı marşrut avtobusu ilə ora gedirdim. Dayanacaqda avtobusdan enərkən sürücü mənə xəbərdarlıq etmədən məni nəzarətsiz buraxaraq arxadan səs siqnalını fasiləsiz basıb saxlayan digər sürücüyə hücum çəkib.

Mən bundan xəbərsiz olduğum üçün mühərrikli oturacağı hərəkətə gətirdim. Ramp (pandus) çox dik olduğundan mən arxası üstə yıxılaraq başım səkiyə dəyərək həm başımdan və həm də boyun nahiyəmdə ciddi xəsarət almışam. Təcili Tibbi Yardım maşını ilə 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparıldı. Başıma 11 tikiş vurululub. Boyun nahiyəmdəki ağrılar nəticəsində qollarımda hərəkət məhdudiyyəti yaranmışdır. Bütün bunlara baxmayaraq, xəsarət alaraq xəstəxanaya daxil olaraq orada mənə yardım göstərilsə də, üstündən 4 gün keçməsinə baxmayaraq xəstəxana polisə bu barədə heç bir məlumat verməmişdir. 08.06. 23 cü il tarixdə DİN-in 102 xidmətinə mən zəng edib məlumat vermişəm.

Bakı Nəqliyyat Agentliyinə məlumat versəm də, onlar bu məsələnin bizə aidiyyətı yoxdur. BakuBusda sahib çıxmır. Belə olan halda mən bu məsələdə yenə də mənə köməklik göstərə biləcək bir ünvana üz tutmağı üstün tutdum. Bu da kütləvi informasiya vasitələridir. Bu işdə mənə köməklik göstərməyinizi xahiş edirəm.

Qeyd edək ki, Rəfael Quliyev Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına dəstək İctimai birliyinin Xəzər rayon şöbəsinin Sədridir.

Paylaşın:

Digər yazılar