Xersonda suyun səviyyəsi hələ də yüksəlir
YeniZamantv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Xersonda suyun səviyyəsi hələ də yüksəlir, lakin artım tempi azalıb.
Ən çətin vəziyyət hazırda 1800-dən çox evin su altında qaldığı Korabelnı rayonundadır. Xilasedicilər 103-ü uşaq olmaqla 1900-dən çox insanı təxliyə ediblər.