12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Bakının cavabı şok yaşatdı: 1918-20 xəritəsi gündəmdə

 Bakının cavabı şok yaşatdı: 1918-20 xəritəsi gündəmdə

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975-ci il xəritəsinin guya sərhədlərin delimitasiyasında əsas götürüləcəyi haqda bir müddətdir rəsmi İrəvanın apardığı təbliğata ötən gün Azərbaycan XİN cavab verdi və bütün bu iddiaları yalanladı.

YeniZamantv.az xəbər verir ki, Bakının bu cavabı Ermənistan rəsmilərini təkzibə məcbur etdi, ardınca isə erməni mediası və politoloqlar “digər münasib variantlar” üzərində şərhlərə başladılar. Belə ki, hazırda “daha əvvəlki” xəritələrlə bağlı fikirlər səsləndirilməkdədir.

Erməni politoloq Artur Qazinyan 1926-cı il xəritələrinin əsas götürülməsinin vacibliyini irəli sürüb. O iddia edib ki, SSRİ-yə daxil olan zaman Azərbaycan və Ermənistan sərhədləri ilk dəfə 1926-cı ildə ayrılmışdır, sonrakı dəyişikliklər isə “formal xarakter” daşıyırdı.

Bu isə ermənilərin özündə belə şübhə ilə qarşılanıb. Çünki 1926-cı il “xəritəsi” deyə bir anlayış yoxdur, 1920-29-cu illərdə ermənilər bir neçə dəfə Azərbaycandan əlavə torpaqlar almağa çalışıblar ki, bunlardan biri də 1926-ci ilə aiddir. Amma SSRİ zamanı ilk razılaşdırılmış xəritə 1929-cu ildə olub. O ki qaldı Qazinyanın dediyi kimi, hər iki respublikanın SSRİ-yə daxil olmasına qədər olan ərazilərinə, bununla bağlı elə erməni politoloqlar özləri narahatlıqlarını ifadə ediblər.

Politoloq Argişti Kiviryan bildirib ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in deyil, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan edib. Həqiqətən də Konstitusiyamızda da Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Belə olduğu halda isə Azərbaycan varisi olduğu respublikanın ərazisinə iddia etmək hüququ əldə edir.

Belə ki, 1920-ci il 11 yanvarda Azərbaycan Xalq Cümhuriyyəti ABŞ da daxil olmaqla, dünyanın o dövr üçün ən qüdrətli ölkələri tərəfindən tanınıb. AXC hansı ərazilərlə tanınıbsa (1920-ci il 11 yanvarda), o ərazilərə də Azərbaycan Respublikası iddia etmək haqqına sahibdir.

Kirikyan bildirib ki, bunu əsas götürərək, Azərbaycan Zəngəzur və Göyçə gölünün yarısına iddiasını beynəlxalq müstəviyə qaldıra bilər.

Əslində erməni politoloqların bu istiqamətdə şərhləri Ermənistan Baş naziri Nikol Paşinyanın “29,8 min kv.km üçün kadastr almaq” arzusu və “Qarabağdan imtina etməsək, Ermənistanın öz ərazisi və suverenliyi təhlükə altına düşəcək” sözlərinin mahiyyətini anlamağa imkan verir. Məsələ budur ki, Ermənistanın “29,8 min kv.km ərazisi” hüquqi olaraq tanınmayıb, Ermənistanın işğal siyasətindən əl çəkməməsi isə varislik hüququnu aktivləşdirir və Azərbaycana əlavə şans verir. Beləliklə, 1920-ci il 11 yanvar de-yure tanınması və xəritələri ortaya gətirilə bilər.

Digər tərəfdən, erməni politoloqlar Ermənistanın işğalı zamanı taladığı sərvətlərə görə Azərbaycanın hüquqi prosedura başlamaq üçün hazırlıq görməsindən də əndişədədirlər. Kirikyan bildirib ki, Azərbaycan işğal zamanı dağıdılan evlərə, Yer üzündən silinən şəhərlər, maddi-mədəni abidələrə və talanan təbii sərvətlərə görə ən azı 50 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır (bu, qeyri-dəqiq rəqəmdir, son hesablamalara görə, Azərbaycana vurulan maddi zərər bir neçə yüz milyad dollardır – red.). Erməni politoloqlar anlayır ki, bu maddi təzminatı Ermənistan ödəmək iqtidarında deyil və bunun əvəzi olaraq Azərbaycan Zəngəzuru tələb etmək haqqı qazana bilər və Kirikyan bunu açıq şəkildə bəyan da edib.

Nəticə etibarilə İrəvanın aylardır gündəmə gətirmək istədiyi və delimitasiya üçün əsas götürməyə çalışdığı 1975-ci il xəritəsində israrının mahiyyəti üzə çıxmaqdadır. Rəsmi Bakının bircə cavabı (ötən gün Azərbaycan XİN-in cavabı nəzərdə tutulur – red.) ilə ümidləri puç olan Ermənistan hazırda “ən münasib digər variantlar” üzərində çalışmaqla məşğuldur.

Azərbaycan hər hərbi, həm siyasi, həm hüquqi, həm də tarixi baxımdan ən üstün mövqedədir və ona görə də sərhəd delimitasiyası, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın şərtləri ilə aparılacaq.

Ermənistan buna qarşı çıxdıqca tarixi gerçəklik və hüquqla üz-üzə qalacaq.    /axar.az/

Paylaşın:

Digər yazılar