12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

İrəvan 10 noyabr sazişinin 9-cu bəndindən rəsmən imtina etdi

 İrəvan 10 noyabr sazişinin 9-cu bəndindən rəsmən imtina etdi

Ermənistan-Rusiya münasibətlərində gərginlik finişə yaxınlaşıb. Ermənistan TŞ katibi Armen Qriqoryan ardıcıl olaraq antirusiya təbliğatı aparır.

Bu barədə “Hraparak” erməni nəşrində bildirilib.

Qeyd edilib ki, “Rusiya Ermənistanı dəhliz verməyə məcbur edir” və “Ermənistan Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almayıb” fikirləri Armen Qriqoryana məxsusdur:

“Dünən isə televiziya efirində Armen Qriqoryan açıq mətnlə bəyan etdi ki, Ermənistan 9 (10) noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndinin müddəalarından, başqa sözlə, Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən imtina edir. “Suverenlik və qarşılıqlılıq kommunikasiyaların açılmasında mühüm prinsiplərdir, bu məsələdə önəmli olan siyasi razılaşmaların əldə olunmasıdır”, – Qriqoryan dedi. İrəvanın fikrincə, blokadanın aradan qaldırılması belə olmalıdır: bütün sərhəd nəzarəti Ermənistan tərəfində olacaq; bütün sərhəd xidmətlərini yalnız Ermənistan yerinə yetiriləcək.

Bu arada, 2020-ci ildə 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir”. Həmçinin qeyd edilir ki, nəqliyyat rabitəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Müəllif məqalədə qeyd edib ki, Paşinyan Ukraynaya qarşı müharibədə Ermənistanın Rusiyanın müttəfiqi olmadığını deyəndən bir gün sonra Ankaraya, Ərdoğanın andiçmə mərasiminə gedib:

“Belə görünür ki, Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən imtina etmək niyyətindədir. Lakin onun alternativi nədir, bu barədə məlumat verilmir”.

Məqalədə bildirilib ki, Ermənistanın sərhəd təhlükəsizliyi və müstəqillikdən, suverenlikdən danışması gülüncdür. Çünki Ermənistan hələ də öz sərhədlərini özü müdafiə etmir – xüsusilə Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri qoruyur və ərazisində Rusiyanın bazası var(axar.az).

Paylaşın:

Digər yazılar