23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT yeni layihənin icrasına başlayır.

 QHT yeni layihənin icrasına başlayır.

YeniZamantv.az xəbər verir ki, “Azərbaycan Əlillər Cəmiyyətiictimai birliyi yeni layihənin icrasına başlayıb.Layihə belə adlanır: Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin  təşkili.

Layihə Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Xədicə Mikayılovanın YeniZamantv.az-a verdiyi xəbərə görə layihə üç ay icra olunacaq, 01.07.2023-29.09.2023 –cü tarixlərə qədər həssas qruplarla iş aparılacaq. “Azərbaycan Əlillər Cəmiyyəti”  ictimai birliyinin sədri  onu da xüsusi vurğulayıb ki, əslində ictimai birlik həssas qruplarla  fəaliyyətini bütün ili qurur. Layihənin məqsədi  həssas əhali qrupunun   da ictimai işlərə cəlb olunması, iştirakı, sosial aktivliyinin artırılmasıdır.  Məqsədlərə çatmaq üçün  hədəflər  bunlardır: onlara kömək məqsəd ilə ehtiyac olarsa hüquqi və  psixoloji dəstək vermək, sözsüz ki, səyahətdə psixoloji söhbətlər aparmaq.

 

İctimai birlik “ Həssas əhali qrupuna hüquqi, psixoloji dəstək və səyahətlərin  təşkili” layihəsinin icrasını 14 aprel tarixində Şamaxı rayonuna səyahətlə başlayacaq.

Şamaxı turunun gündəliyi aşağıdakı kimidir:

1.Səhər saat 7.00-da xüsusi ayrılmış avtobusla təyin olunmuş   ərazidən Şamaxıya hərəkət

  1. Saat 9.00-da Şamaxı rayonunda səhər yeməyi
  2. Dəmirçilər kəndi – gəzinti
  3. Saat 13.00-da günorta yeməyi
  4. 14.30-da gəzintinin davamı
  5. Saat 17.00-da Çay süfrəsi-Bakıya dönüş.

 

Paylaşın:

Digər yazılar