06.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Sağlamlıq

Dünya

Araşdırma

Daxili siyasət

Ekologiya

Siyasət

Günün mövzusu

Hərb

Araşdırma

Kriminal

Sağlamlıq

Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hesabat hazırlayan vəkilin ittihamlarına cavab verib.

 Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan  hesabat hazırlayan vəkilin  ittihamlarına cavab verib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib.

YeniZamantv.az “Report”-a istinadən  xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında Okamponun əslində kim olduğu barədə faktlar ortaya qoyub.

Belə ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə edib.

Bununla yanaşı, Xocalı soyqırımını törətmiş hərbi cinayətkar olan Ermənistanın eks-prezidenti Serj Sarkisyanın İrəvanda Okamponu qarşılaması bildirilir.

“Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir”, – H.Hacıyev qeyd edib.

Paylaşın:

Digər yazılar