24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Beynəlxalq Notariat İttifaqı ilə əlaqələr genişlənir

 Beynəlxalq Notariat İttifaqı ilə əlaqələr genişlənir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar çərçivəsində notariat xidmətinin fəaliyyəti müasirləşdirilir, notarius korpusu şəffaf prosedurlar əsasında komplektləşdirilir, xüsusi notariat institutu geniş tətbiq olunur.
Notariat xidmətlərinin innovativ həllər əsasında göstərilməsində Azərbaycan “Elektron notariat” informasiya sistemini tətbiq edən ilk dövlətlərdəndir.
Eyni zamanda notariusların peşəkarlığının artırılmasına, mütərəqqi beynəlxalq təcrübələrə yiyələnmələrinə, beynəlxalq əlaqələrinin genişlənməsinə böyük əhəmiyyət verilərək notariusların müstəqil özünüidarə orqanı olan Azərbaycan Notariat Palatası yaradılaraq səmərəli fəaliyyət göstərir.
Həyata keçirilən islahatlar ölkəmizin dünyanın 90-dan çox dövlətinin notariuslarını birləşdirən Beynəlxalq Notariat İttifaqına üzvlüyünü şərtləndirib və bu məqsədlə Təşkilatın Beynəlxalq Notariat Əməkdaşlığı Komissiyasının prezidenti Riçard Bok sentyabrın 6-7-də nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub.
Səfər zamanı Ədliyyə Nazirliyində keçirilən görüşdə ölkəmizdə notariat sahəsində islahatlara dair səmərəli fikir mübadiləsi aparılıb. Nazir müavini Eldar Nuriyev Beynəlxalq Notariat İttifaqı ilə fəal əməkdaşlığı, birgə tədbirlərin faydasını vurğulayıb, notariusların fəaliyyətinin əlaqələndirilməsində, onların bilik və bacarıqlarının artırılmasında Notariat Palatasının yaxından iştirakını qeyd edib.
Tədbirdə “Elektron notariat və innovativ həllər” mövzusunda təqdimat keçirilərək nümayəndə heyəti dövlət başçısının tapşırıqlarına uyğun olaraq əhaliyə daha asan, şəffaf və əlçatan hüquqi xidmətlərin göstərilməsi məqsədilə nazirlik tərəfindən rəqəmsal innovasiyalar əsasında elektron və mobil xidmətlərin təşkili, o cümlədən ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti barədə məlumatlandırılıb.
Qonaqlar həyata keçirilən islahatları və tətbiq olunan yenilikləri böyük maraqla qarşılayaraq təqdir edib, ölkəmizdə notariat sisteminin qabaqcıl təcrübələrə əsaslandığını bildirərək Azərbaycan Notariat Palatasının İttifaqın üzvlüyünə qəbul olunması ilə bağlı zəruri olan latın notariatı prinsiplərinə cavab verdiyini vurğulayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Nazirliyin Dövlət notariat arxivinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, burada 2 milyona yaxın fiziki və hüquqi şəxslərə aid notariat sənədləri saxlanılır və onlar Ədliyyə Nazirliyi ilə Notariat Palatasının birgə layihəsi çərçivəsində rəqəmsallaşdırılaraq “Elektron notariat” informasiya sisteminə daxil edilib.
Qonaqların həmçinin, Milli Məclisdə, Ali Məhkəmədə görüşləri olub, Notariat Palatasının fəaliyyəti, habelə paytaxtda və bölgələrdə, o cümlədən Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofislərinin işi ilə tanışlıq təşkil edilib.
Səfərlə bağlı media üçün brifinq keçirilərək Komissiyanın prezidenti R.Bok notariat sahəsində nailiyyətlərdən heyranlığını bildirib, Azərbaycanda notariat sisteminin çox yaxşı inkişaf etdiyini və digər dövlətlərə nümunə olduğunu vurğulayaraq ölkəmizin Beynəlxalq Notariat İttifaqına üzv olacağına əminliyini ifadə edib.
Paylaşın:

Digər yazılar