22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Muğan düzü” Sosial İnkişaf ictimai birliyi İmişlidə seminar keçirdi

 “Muğan düzü” Sosial İnkişaf ictimai birliyi İmişlidə seminar  keçirdi
Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Muğan düzü” Sosial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi “Aran iqtisadi rayonlarında kiçik sahibkarlıq subyektlərinin inkişaf etdirilməsində özünəməşəulluq proqramına dəstək və maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində 17-18 oktyabr 2023 cü il tarixlərində İmişli şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində seminar keçirilmişdir.
YeniZamantv.az xəbər verir ki, seminarda 20 nəfər iştirak edib.
.
Layihə rəhbəri Asif Quliyev iştirakçılara layihənin donoru haqqında geniş məlumat verdi. A.Quliyev bildirdi ki, layihə maddi vəziyyəti aşağı olan,məşğulluğu olmayan,yararlı torpaq payı olanlar, istehsal və xidmət üzrə işaxtaranlar, imtiyazlı şəxslər özünəməşğulluq proqramından faydalanmalarına, onlara bu layihədən irəli gələn imkanlardan yararlanmalarını və maariflənmələrinə dəstək verilməsini nəzərdə tutur.
Təşkilat rəhbəri Vidadi Quliyev və layihə eksperti Xəlil Süleymanov, Layihə rəhbəri Asif Quliyev tərəfindən iştirakçıların sualları ətraflı cavablandırılıb.
Sonda iştirakçılar layihənin region üçün aktual olduğunu vurğuladılar və yeni təkliflər verərək bu kimi layihələrin daha geniş ərazidə davamlı təşkil edilməsinin zəruri olduğunu bildirdilər.
Layihə heyəti  QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, İmişli Rayon İcra Hakimiyyətinə, İmişli Dövlət Aqrqr İnkişaf Mərkəzinin rəhbərliyinə  yaradılan şəraitə  görə minnətdarlıq  bildirildi.
Tədbirdə foto və video çəkilişlər aparıldı. İştirakçı siyahıları tərtib edildi.
Çay, şirniyyat süfrəsi düzənləndi.
             
 
Paylaşın:

Digər yazılar