19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Əbədi İztirab” sənədli filmi

 “Əbədi İztirab” sənədli filmi

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Əbədi İztirab” sənədli filminin təqdimatı keçirilib.

YeniZamantv.az xəbər verir ki, tədbirdə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, hüquq elmlər doktoru, professor Bəhram Zahidov, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli,əsirlikdən qurtulmuş İlqar Hüseynov, Şahin Hüseynov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənədli film Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, sonradan erməni əsarətindən xilas edilmiş azərbaycanlılardan bəhs edir. Qeyd olunub ki, müharibə zamanı ermənilər tərəfindən əsir və girov götürülmüş mülki vətəndaşlar insanlığa sığmayan davranışlara, şiddət və təcavüzə, nalayiq rəftara məruz qalıblar. Ermənistan dövləti hamılıqla  qəbul edilmiş beynəlxalq humanitar hüququn təməl prinsiplərini pozub, əsir və girovlar işgəncələrə məruz qalıb, şəxsiyyətləri tapdanıb, şantaj edilib, alçaldılıb, fiziki, mənəvi, psixoloji, seksual terrorla üzləşiblər.

Azərbaycan və ingilis dillərində yayımlanan filmin məqsədi dözülməz şəraitdə saxlanıldıqdan sonra erməni əsir və girovluğundan azad edilmiş şəxslər haqqında beynəlxalq ictimaiyyətə məlumat vermək, dünyanın diqqətini Ermənistan dövlətinin müharibə cinayətlərinə çəkməkdir.

 

               

Paylaşın:

Digər yazılar