12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

İrəvandan Bakı və Ankaraya dəhliz mesajı: “Hazırıq”

 İrəvandan Bakı və Ankaraya dəhliz mesajı: “Hazırıq”

Ermənistan hökuməti “Sülh kəsişməsi” layihəsini videoçarxda təqdim edib.

YeniZamantv.az xəbər verir ki, erməni hökumətin sözügedən projeni sülh gündəliyinin mühüm hissəsi kimi hazırladığı bildirilir.

Layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil və dəmir yollarının (yaxud dəhlizlərinin – red.), boru kəmərlərinin, kabellərin, elektrik xətlərinin təmiri, tikintisi və istismarı ilə kommunikasiyaların inkişafıdır.

Videoda qeyd olunur ki, açıq sərhədlər və infrastruktur, fəal iqtisadi, siyasi və mədəni əlaqələr regionda uzunmüddətli sülhün bərqərar olması üçün zəruri şərtlərdir.

“Sülh kəsişməsi” yeni infrastrukturun yaradılması və ya mövcud infrastrukturun əhatə dairəsi və keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Videoçarxda bildirilir ki, Ermənistan bu məqsədlə Azərbaycanla sərhəddə yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır. Eləcə də İrəvanın Ermənistan ərazisində dəmir yolunun dörd hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə hazır olduğu diqqətə çatdırılır.

Ermənistan-Türkiyə sərhədində də, nəzarət-buraxılış məntəqələrinin yaradılması sözügedən layihəyə daxil edilib. (teleqraf.com)

Paylaşın:

Digər yazılar