12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Pensiya, təqaüd və tariflər: ölkədə hansı sosial-iqtisadi dəyişikliklər olacaq?

 Pensiya, təqaüd və tariflər: ölkədə hansı sosial-iqtisadi dəyişikliklər olacaq?

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev rəqiblərinə böyük üstünlüklə qalib gələrək yenidən prezident seçildi.

Hazırda seçkidən sonra ölkədə sosial-iqtisadi sahədə hansı yeniliklərin olacağı böyük maraq doğurur. Bunların arasında manatın məzənnəsində, Tarif Şurası tərəfindən təyin edilən mal və xidmətlərin qiymətlərində hər hansı dəyişikliyin olub-olmayacağı xüsusi yer tutur. Xüsusilə iqtisadi sahədə dəyişikliklərin daha böyük miqyasda olacağı, bu sahədə dövlət siyasətini həyata keçirən mühüm qurumların rəhbərlərinin dəyişəcəyi, iqtisadiyyatın idarə olunmasında böyük yeniliklərin ediləcəyi gözləntiləri daha çoxdur.

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, ilk olaraq ölkədə struktur islahatlarına başlanılması gözləntilərdən biridir. Əgər bu gözlənti özünü doğruldarsa, o zaman Azərbaycan iqtisadiyyatı üçün seçkidən sonrakı dövr yeni mərhələ kimi qiymətləndirilə bilər. Bu zaman korrupsiya, inhisarçılıq kimi elementlərin miqyasının azaldılması, Azərbaycan iqtisadiyyatında mühitin liberallaşdırılması nəticəsində inkişaf tempini artırmaq mümkün olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Prezidentin və hökumət üzvlərinin çıxışlarında dəfələrlə kiçik sahibkarlarlığa dəstək haqqında danışlıb. Gözlənti də ondan ibarətdir ki, qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da kiçik sahibkarlığa dəstək addımları atılacaq. Bu addımın yeganə məntiqi, izahı ondan ibarətdir ki, insanları üç nəfər işçi götməyə təşviq eləmək istəyirlər. Məqsəd rəsmi işçi sayının artmasına nail olmaqdır. Sabah da iqtisadi komanda prezidentə məruzə edərkən desin ki, məsələn, ölkədə 50-60 min yeni iş yerləri yaradılıb. Bu, tam formallıqdan başqa bir şey deyil. Bunun yeganə məntiqini onunla izah edə bilərəm ki, ölkədə yeni iş yerləri yaranmır, iqtisadi aktivlik zəifləyir:

“Ona görə də formal olaraq yeni iş yerlərinin statistik göstəricilərinin artırılması üçün belə bir qərarın veriləcəyini düşünürəm”.

Onun dediyinə görə, hökumət vergi-gömrük güzəştləri təklif etməkdənsə, vergiləri artırır, gömrük güzəştləri tətbiq etmək istəmir. Çünki, iqtisadi komanda yaş etibarı ilə gənc, yaxşı təhsilli olsa da, düşüncə olaraq geridəqalmışdır. Onlar təşəbbüskar deyillər, özünüqoruma instinkti ilə davranırlar. Bu problemlərin həlli üçün komandanın iqtisadi baxışları, yanaşması, fəsləfəsi önəmlidir. Amma bu günə qədər Azərbaycan hökumətinin iqtisadi baxışları bilinmir. Çünki, iqtisadiyyat elmdir, yanaşmalar çox önəmlidir:

“Məsələn, bəzi hökumətlər vergiləri artırmaq yolu ilə büdcəyə daxilolmaları artırmaq istəyirlər. Amma bu da onların qarşısında öhdəlik yaradır ki, büdcə xərcləmələrini sosial sahəyə daha çox artırsınlar. Ya da hökumətlər var ki, daha ağıllı davranırlar, məqsəd kimi iqtisadi canlanmanı hədəf götürürlər, bunun üçün vergiləri azaldırlar. Gömrük rüsumlarını aşağı salırlar, rəqabətli mühit formalaşdırıb ədalətli hakim roluna çəkilirlər. İqtisadi canlanma daha çox fiziki və hüquqi şəxsi iqtisadi fəaliyyətə təşviq edir. Nəticədə bir müddət sonra büdcəyə vergidaxilolmaları artır. Pararlel olaraq da insanlar özləri pul qazanır, dövlətin sosial yükü azalır. İqtisadi komanda kökündən dəyişməlidir, ya kadrlar olaraq, ya da yanaşma olaraq. Amma kadrları dəyişmək də effektsizdir, əsas yanaşma, fəlsəfə, hədəflər dəyişməlidir. Hökumət anlamalıdır ki, yaxın 4-5 il ölkədə iqtisadi çətinliklər artacaq, məmləkətə pul lazımdır. Tək elə işğaldan azad edilən torpaqlarımızın yenidən qurulması üçün yaxın 5 ildə 50 milyard manata yaxın vəsaitə ehtiyac var. Neft-qaz bu ehtiyacı ödəyə bilməz, deməli, iqtisadiyyat çoxşaxəli yüksəliş modelinə keçməlidir. Bu isə sərhədləri qapamaqla, valyutaya çıxışı sıxmaqla, vergiləri artırmaqla, gömrükdə sərtləşməklə olmur, ola da bilməz. Yeganə çıxış yolu iqtisadi canlanma, daxili və xarici investorların cəlbidir ki, bu da ancaq təşviq proqramları, ciddi rəqəbət mühiti, ədalətli məhkəmələrlə mümkündür”.

 

“Seçkilər erkən elan olunarkən müəyyən qruplar səbəb kimi köklü iqtisadi islahatların aparılması zərurətini önə çəkirdilər. Belə əsaslandırma irəli sürülürdü ki, siyasi və iqtisadi islahatlar üçün zərurət yaranıb. Bu əsaslandırmaların real olduğunu qəbul edərsək, seçkilərdən sonra iqtisadi siyasətdə müəyyən dəyişikliklərin olacağını gözləmək olar. Ola bilər ki, iqtisadi siyasəti həyata keçirən qurumlarda kadr dəyişikliyi olsun. Böyük ehtimal ki, quru sərhədlərin açılması ilə bağlı qərar veriləcək. Bunun iqtisadiyyatın digər sahələrinə real təsiri olacaq. Xüsusilə də turizmdə müəyyən sıçrayışlar qeydə alına bilər. Bu mənada turizm sektoru 2024-cü il üzrə iqtisadi inkişafa əhəmiyyətli töhfə verə bilər. Çünki əvvəlki illərdə Azərbaycana turist səfərlərinin 60 faizi qonşu ölkələrdən quru yolu üzrə formalaşırdı. Sərhədlərin açılması, eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olacaq. Burada da fəallıq artacaq. Bir milyona yaxın ölkə vətəndaşının sərhədyanı ərazilərdə yaşadığını nəzərə alanda, qonşu ölkələrin bazarlarının qiymət üstünlüyü onlara ailə büdcələrini səmərəli idarə etmək üçün əlverişli şərait yaradır”.

İqtisadçının dediyinə görə, ehtimal ki, Azərbaycan 2025-ci ilin sonuna qədər Ümumdünya Ticarət Təşkilatına daxil ola bilər. Çünki bu məsələ ilə əlaqədar hazırda qismən fəallıq müşahidə olunur.

 

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, seçkidən sonra iqtisadi sahədə köklü dəyişikliklər baş verməyəcək:

“Minimum əməkhaqqı və pensiyaların məbləğində dəyişikliklə bağlı sərəncamlar adətən ilin sonu və ya əvvəlində olsa da, bu, baş vermədi. Həmçinin bu barədə hər hansı bir vəd də yoxdur. Fikrimcə, xüsusən də minimum əməkhaqqı ilə bağlı ilin sonuna doğru qərar verilə bilər. Ölkənin prioritetləri var. İnklüziv və yaşıl enerji iqtisadiyyatının inkişaf etdirilməsi, Qarabağ və Şərqi Zəngəzura dayanıqlı qayıdışın təmin olunması istiqamətində tədbirlər planı həyata keçiriləcək. İşğaldan azad olunan ərazilərin bərpası, əhalinin oraya köçürülməsi əsas prioritetlərdən olacaq. Bundan başqa, şəffaflığın və elektronlaşmanın daha da sürətlə davam edəcəyini düşünürəm. Azərbaycanın qeyri-neft ixracının artırılması üçün qeyri-neft sektoru inkişaf etdirilməli, ixracyönümlü sahələrin tərəqqisi diqqət mərkəzində olmalıdır. Həmçinin qeyri-neft sektorunda özəl təşəbbüslər dəstəklənməlidir. Qeyri-neft ixracının artırılması üçün potensial var”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, seçkilərdən sonra ölkədə bir çox sahələri əhatə edən islahatların aparılması gözlənilir:

“Seçkilərindən sonra ölkədə geniş şəkildə iqtisadi islahatlar aparılacaq. Prioritet məsələ qeyri-neft və qaz sektorunun real inkişafının artırılmasına nail olmaq və bu sektor üzrə ixrac potensialını artırmaqdır. “Yaşıl enerош”, kiçik və orta sahibkarlığın inkişafı istiqamətlərində də önəmli islahatların həyata keçiriləcəyini düşünürəm. İslahatlar iqtisadiyyatın digər sahələrini də əhatə edə bilər. Nəqliyyatın inkişafı, dəmir yolları şəbəkəsinin genişləndirilməsi, istifadəsində səmərəliliyin arıtırılması da dövlətin marağındadır. Ümumiyyətlə, ölkədə kommunikasiya və nəqliyyat sektoru son illərdə kifayət qədər inkişaf edib. Bunun bəhrəsini görmək mümkündür. İqtisadi islahatların sosial rifaha da əhəmiyyətli dərəcədə müsbət təsiri olacaq”. /bakupost.az/

Paylaşın:

Digər yazılar