12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Növbədənkənar parlament seçkiləri bu tarixdə keçirilə bilər – İlkin vaxt

 Növbədənkənar parlament seçkiləri bu tarixdə keçirilə bilər – İlkin vaxt

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra gündəmə gələn digər məsələ parlament seçkilərinin də bu il keçirilməsi ehtimalıdır.

YeniZamantv.az  xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Konstitusiyanın 98-ci maddəsinə əsasən ikinci növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər:

“Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Çingiz Qənizadə

Buna görə də 2024-cü il noyabrın 3-ü parlament seçkiləri keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabr ayında Azərbaycanda keçiriləcəyi üçün parlament seçkilərinin tarixinin dəyişdirilməsi gözləniləndir. Növbədənkənar şəkildə 5-6 ay qabağa çəkilə bilər (may-iyun aylarına – red.). Vaxtın uzadılması isə konstitusiya pozuntusudur. Dekabr ayında bələdiyyə seçkilərinin müddəti başa çatdığından bu il bələdiyyə seçkilərinin keçirilməsi də mümkündür. Ümumilikdə 2024-cü il ölkəmizdə seçki ili kimi də dəyərləndirilə bilər”.

Ramiz Alıyev

Politoloq Ramiz Alıyev də deyib ki, Azərbaycanda bu il həm də bələdiyyə seçkiləri keçirilməlidir:

“Yeni şərtlər var və bu da yeni tələblər irəli sürür. Azərbaycan artıq böyük qüdrətə, gücə malik dövlətdir. Əhalimizin sayı da kifayət qədər artıb. Buna görə də parlament seçkilərindən daha vacib məsələlər var ki, onlar həllini tapmalıdır.

Prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq etdikdən və İlham Əliyev prezident kimi and içdikdən sonra yeni islahatlar həyata keçiriləcək. Bunun ardınca hansı qərarların veriləcəyi aydınlaşacaq”.

 

Paylaşın:

Digər yazılar