20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı 10 şəhər – SİYAHI

Reytinqdə şəhərlər üç kateqoriyaya bölünüb.

Danimarkanın Orhus şəhəri 2023-cü ildə ən xoşbəxt sakinləri olan şəhər kimi tanınıb.

Danimarkanın bu ikinci ən böyük şəhəri Yutlandiya yarımadasının şərqində, paytaxt Kopenhagendən təxminən 187 kilometr məsafədə yerləşir. Skandinaviya ölkələrinin sakinlərinin çox vaxt ən xoşbəxt kimi tanındığını nəzərə alsaq, bu qərar sürpriz olmadı.

“Happy City Index 2023” reytinqinin qalibini müəyyən etmək üçün Britaniyanın “Institute for Quality of Life” tədqiqat şirkəti dünyanın 200 şəhərini təhlil edib.

Reytinqdə nəzərə alınan digər amillər arasında təhsil, inklüziv siyasət, iqtisadi şərait, mobillik, ətraf mühitin mühafizəsi, yaşıl ərazilərə çıxış, innovasiya, təbii şərait, fəlakətlərə davamlılıq və konkret şəhər sakinlərinin xoşbəxtliyinə təsir edən bir çox digər amillər daxil olub.

Eyni zamanda, reytinqdə şəhərlər şərti olaraq üç kateqoriyaya bölünüb: qızıl şəhərlər (1-23 yerlər), gümüş (24-100) və bürünc (101-200).

Hazırda dünyanın ən xoşbəxt şəhərləri kimi aşağıdakılar tanınır:

• 1. Orhus, Danimarka (1614,2 bal).

• 2. Sürix, İsveçrə (1611).

• 3. Vankuver, Kanada (1605).

• 4. Nyu-York, ABŞ (1602).

• 5. Cenevrə, İsveçrə (1599,9).

• 6. Monreal, Kanada (1596,5).

• 7. London, Böyük Britaniya (1586,9).

• 8. Brisben, Avstraliya (1585,2).

• 9. Amsterdam, Hollandiya (1578,1).

• 10. San-Fransisko, ABŞ (1577,1).

(lent.az)

Paylaşın:

Digər yazılar