Rəsmi Moskva ABŞ-dən Avropadakı nüvə silahlarını çıxarmasını tələb edir
Moskva Vaşinqtondan Amerikanın bütün nüvə silahlarını Avropadan çıxarmağı və onların yerləşdirilməsi üçün nəzərdə tutulan infrastrukturu ləğv etməyi tələb edir.
YeniZamantv.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“NATO-nun birgə nüvə missiyalarına ayrılan silahların döyüşə hazır olmasından asılı olmayaraq, bu son dərəcə sabitliyi pozan təcrübə özlüyündə qitədə təhlükəsizlik üçün ciddi problem olmaqda davam edir. Bununla bağlı tələblərimiz dəyişməz olaraq qalır, bunlara Amerikanın bütün nüvə silahlarının Avropadan çıxarılması, eləcə də onların yerləşdirilməsi üçün orada mövcud olan infrastrukturun ləğvi daxildir”, – Zaxarova bildirib.
Qeyd edək ki, daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib ki, NATO üzvü olan ölkələr nüvə silahının hazır vəziyyətə salınmasının zəruriliyi ilə bağlı məsləhətləşmələrə başlayıblar. O, həmçinin qeyd edib ki, ABŞ və onun Avropalı müttəfiqləri hazırda nüvə arsenallarını yeniləyir. /yeniavaz.com/