21.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Şaftalının orqanizmə saymaqla bitməyən faydaları

 Şaftalının orqanizmə saymaqla bitməyən faydaları

Yayda şirin, şirəli şaftalıya kim yox deyə bilər? – Şaftalının faydalarını öyrəndikdən sonra onu gündəlik rasionunuza daxil edəcəksiniz.

YeniZamantv.az  Medicina.az-a istinadən şaftalının şəfalı xüsusiyyətlərini təqdim edir:

– Orta ölçülü bir şaftalı hər gün ehtiyacınız olan C vitamininin təxminən 11%-ni ehtiva edir. Bu qida bədəninizə yaraları sağaltmağa kömək edir və immunitet sisteminizi güclü saxlayır. O, həmçinin xərçənglə əlaqəli kimyəvi maddələr olan “sərbəst radikallardan” xilas edir.

– Beta-karoten adlı antioksidan şaftalıya gözəl qızılı-narıncı rəng verir. Onu yediyiniz zaman orqanizm bu maddəni yaxşı görmənin açarı olan A vitamininə çevirir. O, həmçinin immunitet sistemi üçün də faydalıdır.

– Şaftalı bədənin gündəlik ehtiyac duyduğu lifin 6%-9%-ni təmin edə bilər. Yüksək lifli qidalar insanı diabet, ürək xəstəliyi və kolorektal xərçəng kimi sağlamlıq problemlərindən qoruyur. Kifayət qədər lif qəbizliyin qarşısını almağa da kömək edir.

– Bir ədədi 60 kaloridən də az olan şaftalıda doymuş yağ, xolesterol və natrium yoxdur. Şaftalının 85%-dən çoxu sudur. Liflə zəngin olduğu üçün tox saxlayır. Bütün bu xüsusiyyətlərinə görə dietik meyvə hesab edilir.

– Şaftalı E vitamini ilə də zəngindir. Bu antioksidant bədəninizdəki bir çox hüceyrə üçün vacibdir. Bu vitamin immunitet sistemi üçün vacibdir, həmçinin qanın laxtalanmasının qarşısını almaq üçün qan damarlarının genişlənməsinə kömək edir.

– Kalium çox duz qəbulunun təsirlərini kompensasiya edir. Kaliumla zəngin şaftalı qan təzyiqini aşağı sala, həmçinin böyrək daşları və sümük itkisi riskini azalda bilər.

– Mədə probleminiz varsa, qəlyanaltıda şaftalı yemək yaxşı bir fikir ola bilər. Yumşaq quruluşa malik bu meyvə asanlıqla həzm olunur. Şaftalı mədə narahatlığını aradan qaldırır. İshal və qaz problemi zamanı da təsirlidir.

– Maraqlıdır ki, şaftalı şirin olsa da, dişləri sağlam saxlayır. Buna səbəb onun flüor ehtiva etməsidir. Diş məcunlarına əlavə edilən bu mineral şaftalının tərkibində təbii şəkildə mövcuddur. Buna görə də şaftalı ağız boşluğunu mikroblardan təmizləyir.

Paylaşın:

Digər yazılar