19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ələsgər Məmmədli hospitala köçürüləcək

 Ələsgər Məmmədli hospitala köçürüləcək

“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.

YeniZamantv.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc feysbukda paylaşım edib.

Onun sözlərinə görə, bununla bağlı Bakı şəhərinin Xətai Rayon Məhkəməsi qərar qəbul edib:

“Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi.

Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Paylaşın:

Digər yazılar