19.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Lalə Cəfərova -İRƏVAN FK uğurlar!

 Lalə Cəfərova -İRƏVAN FK uğurlar!

26 iyun 2024-cü il tarixində “Qərbi Azərbaycan Kubok”u uğrunda mini futbol turnirinin açılış mərasimi keçirilib.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli turnir iştirakçılarına uğurlar arzulayıb.
Qərbi Azərbaycan kuboku uğrunda turnirin İcmanın tarixində yeni bir səhifə olduğunu deyən Ə.Ələkbərli ölkəmizin idman sahəsində də öz gücünü hər zaman nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası bu gün ümummilli məsələdir. Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sülh yoluyla və təhlükəsiz şəkildə öz tarixi torpaqlarımıza qayıdacağıq.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bugünkü turniri tarixi hadisə adlandırıb.
Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yaşayırıq.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mini futbol turniri Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiyanın möhkəmləndirilməsi, eyni zamanda, sağlam həyat tərzinin təbliği, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşdırılmasına dəstək məqsədilə keçirilir.

Tarixdə ilk dəfə təşkil olunan mini futbol turnirində Qərbi Azərbaycanın rayon icmalarını təmsil edən gənclərdən ibarət 20 komanda iştirak edir. Bunlar “Axta”, “Amasiya”, “Basarkeçər”, “Böyük Qarakilsə”, “Barana”, “Çəmbərək”, “Qarakilsə”, “Qəmərli”, “Qafan”, “Gorus”, “Keşişkənd”, “Karvansaray”, “Loru mahalı”, “Meğri”, “Hamamlı”, “İrəvan”, “Paşalı”, “Vedi”, “Sərdarabad” və “Zəngibasar” komandalarıdır.
İrəvan Futbol Komandamıza uğurlar arzu edirəm!
İnşallah bu cür idman yarışlarını Zəngəzurda, Dərələyəzdə, Göyçədə, İrəvanın mərkəzi stadionunda keçirəcəyik.

Lalə Cəfərova

Qərbi Azərbaycan İcmasının İrəvan Gənclər təşkilatının sədri

 

Paylaşın:

Digər yazılar